Yuxarı

Pezeşkianın zəngi və SEPAH-ın Azərbaycanı təhdid etməsi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkianın zəngi və SEPAH-ın Azərbaycanı təhdid etməsi...

Məsud Pezeşkian İlham Əliyevə zəng edib. Telefon söhbətində əsas diqqətçəkən məqam Pezeşkianın Naxçıvana hücumun İranla əlaqəsinin olmadığı haqda sözləridir. Hücum İran ərazisindən edilib, bunun təxribat, yaxud məqsədyönlü şəkildə olması problemi də onlara aiddir. Bütün hallarda məsuliyyət İranın üzərinə düşür.

Əliyev telefon söhbətində hadisənin araşdırılmasının vacibliyini qeyd edib, Pezeşkian da araşdırılacağını deyib.

Hərçənd, İran tərəfinin hadisəni ədalətli araşdıracağı şübhə altındadır.

Birincisi, Tehrandakı səfirliyimizə hücumun “araşdırılması” təcrübəsi var: uzun müddətdən sonra hücumu edən şəxs cəzalandırılsa da, sifarişçilər məsuliyyətdən kənarda qaldı;

İkincisi, Naxçıvan hücumunun birbaşa SEPAH-ın planı olduğuna dair əsaslı şübhələr var, bu baxımdan, məsələnin ədalətli həlli ehtimalı zəifdir;

Üçüncüsü, Pezeşkian sağlam yanaşma sərgiləsə də, İrana faktiki nəzarət edən SEPAH-ın eyni mövqedən çıxış etmədiyi reallığı var: onun qonşu ölkələrə hücumlara görə üzr istəməsi və hücumların dayandırıldığı haqda fikirlərinin rejim daxilində tənqidlə qarşılanması, hətta təkzib edilməsi də bundan qaynaqlanır;

O da nəzərə alınmalıdır ki, Pezeşkianın Əliyevə zəngi SEPAH-ın Azərbaycanı təhdid etməsi fonunda baş verir. Bu baxımdan, hadisənin ədalətli araşdırılacağı gözləntisi az olmaqla yanaşı, SEPAH-ın Azərbaycana yeni hücum cəhdlərinin olacağı riski də qalır.

Bakının tələbləri isə dəyişmir: hadisə araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Əks təqdirdə, sərt mövqe davam edəcək.

Tarix
2026.03.09 / 08:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla