Yuxarı

“ABŞ çökəcək” deyən müdrik eks-deputatımıza xatırlatma...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“ABŞ çökəcək” deyən müdrik eks-deputatımıza xatırlatma...

Milli Məclisin çox hörmətli eks-deputatlarından Rüfət Quliyev “iqtisadçı olaraq” olduqca peşəkar açıqlama ilə çıxış edib – sosial şəbəkələrdə yayılır və maraqla da qarşılanır. Çünki bu sözü deyən hazırda da mötəbər nişan gəzdirir.

R.Quliyev bildirir: “ABŞ və İsrailin özündə hərbi sursatlar tükənir. Təsəvvür edin, iqtisadçı kimi deyirəm: İran o tərəfdən 100 dənə dron-kamikadze göndərir. Onun biri 3-5 min dollar da eləmir. Onları “Petriot”la (“Patriot”) vururlar. “Petriot” raketinin biri 2 milyon dollardır. Sən nə qədər 5 minlik hərbi sursatı 2 milyon dollarlıq raketlə vuracaqsan? Buna heç bir iqtisadiyyat dözməyəcək”.

Eks-deputatımızın “3-5 min dollar” olaraq dediyi İran kamikadze-dronlarının qiyməti 20 min dolların üstündədir – bu bir!

İkincisi, özünü savadlı göstərmək üçün “patriot”a “petriot” deməyə heç bir ehtiyac yoxdur. Bu söz HHM sisteminin adına verilməzdən öncə dilimizə “patriot” kimi qəbul olunub – məsələn, “avtobus” sözü kimi. Halbuki “bus” yox, “bas” kimi oxunmalıdır. Ancaq dilimiz “bus” olaraq qəbul etdiyi üçün bu sözə “bas” deyə bilməzsən.

Yəni bu kontektdə “Patriot” sisteminə “Petriot” demək ingilis dili haqda təsəvvürünün olduğu görüntüsü yarada bilər, əvəzində Azərbaycan dilini bilmədiyinin göstəricisidir. Azərbaycan Milli Məclisinin 4 çağırış, 20 il deputatı olan şəxs isə ingilis yox, ilk növbədə Azərbaycan dilini bilməsi ilə qürrələnməlidir.

Üçüncüsü, peşəkar iqtisadçı kimi danışan R.Quliyev deyəsən ABŞ iqtisadiyyatı haqda normal informasiyaya və təsəvvürə malik deyil. ABŞ-ın yalnız hərbi büdcəsi 1 trilyon dollara yaxındır. İranın hərbi büdcəsi isə cəmi 10 milyard dollardır.

ABŞ iqtisadiyyatı dünya üzrə ÜDM-in 25 faizini təşkil edir – yəni bunu təsəvvür edə bilirmi bizim sayğıdəyər iqtisadçı, savadlı, intellektual eks-deputatımız?

İranda iqtisadiyyat məhv olub, yanvar qırğınları məhz iqtisadi çöküşün fəsadları idi: İran ona görə qarışdı ki, dollar qəfildən bahalaşdı. Hazırda dollar bu ölkədə 170 min tümən civarındadır, minimum maaş isə 15 milyon tümən – yəni 100 dollardan da azdır...

2001-ci ili xatırladım. 11 Sentyabrdan sonra ABŞ Əfqanıstana qarşı hərbi əməliyyatı yeni başlatmışdı. Həmin vaxt Rusiyanın mərkəzi kanallarından birində “Xəbərlər” proqramından sonra “A” adlı günün siyasi-ictimai təhlili gedirdi. O dövr üçün ümumu ənənə idi, bütün ölkələrin kanallarında “Xəbərlər”dən sonra 5 dəqiqəlik siyasi baxış təqdim edilirdi (ANS-də Orxan Fikrətoğlunun müəllif verilişi o qəbildən idi).

Demək, ABŞ B-2-ləri göndərib, Əfqanıstana bomba yağış kimi yağır. Eynilə bizim deputatımız Rüfət Quliyev kimi biriləri çıxıb deyir ki, ABŞ 2 milyonluq bomba ilə Əfqanıstanda 300 dollarlıq çadırları vurur.

“A”nın məşhur şərhçisi tarixə keçən bir söz demişdi: “Doğrudur, ABŞ 2 milyonluq bomba ilə 300 dollarlıq çadırı vurur. “A” – (lakin) ABŞ üçün 2 milyon dollar heç nədir, Əfqanıstan iqtisadiyyatı üçünsə 300 dollar hər şeydir”.

Görünür, bizim iqtisadçımızın iqtisadi bilikləri siqaret alveri ilə məhdudlaşır...

Tarix
2026.03.10 / 12:38
Müəllif
Anar Niftəliyev
Digər xəbərlər

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla