Yuxarı

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən görülür. Hadisənin bütün aspektlərini aydınlaşdırmaq üçün müvafiq ölkə ilə məsləhətləşmələr aparılır”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.

Bundan əvvəl də İran tərəfindən Türkiyə istiqamətində 4 və 9 martda 2 dəfə raket atılıb. Hər iki raket havada məhv edilib.

Tarix
2026.03.13 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla