Yuxarı

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

Qlobal geosiyasi gərginlik və enerji bazarlarında qiymət artımı fonunda Azərbaycanda idxal inflyasiyasının artması ehtimalı və bunun pul siyasətinə təsiri məsələsi diqqət mərkəzindədir.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) APA-ya açıqlamada qlobal mühitdə baş verən proseslər və onların enerji bazarlarında qiymətlərə təsirinin daim izlənildiyi bildirilib.

Yaxın Şərq baş verən son hadisələr qlobal enerji bazarında təklifin daralmasına təsir göstərir və bu da enerji məhsullarının qiymətlərinin artımı ilə müşayiət olunur.

Bununla belə, AMB qeyd edir ki, hazırkı şəraitdə neft və qaz qiymətləri ilə bağlı dəqiq proqnoz vermək olduqca çətindir:

“Qiymətlərin kəskin artması və ya əvvəlki səviyyələrinə qayıtması əsasən mövcud münaqişənin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq”.

Mərkəzi Bank eyni zamanda vurğulayıb ki, enerji qiymətlərinin uzunmüddətli dinamikası əsasən fundamental amillərlə müəyyən olunur. Bu amillərə qlobal iqtisadi artım tempi, OPEC+ çərçivəsində qəbul edilən qərarlar və daha az enerji tutumlu texnologiyaların tətbiqi daxildir.

Əlavə edilib ki, yenilənmiş makroiqtisadi proqnozlar planlaşdırıldığı kimi may ayında ictimaiyyətə təqdim ediləcək. Yeni proqnozlar hazırlanarkən qlobal iqtisadiyyatda baş verən son proseslər də nəzərə alınacaq.

Qeyd edək ki, bu il fevralın 28-də ABŞ və İsrailin İrana zərbələr endirməsindən sonra Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb. Bundan sonra İranın Hörmüz boğazı ətrafında hərbi mövcudluğunu artırması və bəzi dövrlərdə dəniz nəqliyyatının məhdudlaşdırılması qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb.

Dəniz yolu daşınan neftin 20%-nin keçdiyi Hörmüz boğazında risklərin artması qlobal enerji təchizatında fasilə ehtimalını gücləndirib. Geosiyasi gərginlik fonunda Brent markalı neftin bir bareli üzrə qiyməti qısa müddətdə 100 dollara, bəzi günlərdə isə 120 dollar səviyyəsinə qədər yüksəlib.

Analitiklər hesab edir ki, münaqişənin uzanması halında neftin qiyməti 140 dollara səviyyəsinə qədər arta bilər, ən pessimist ssenarilərdə isə 200 dollar səviyyəsinə qədər yüksəlməsi istisna edilmir.

Qeyd edilib ki, enerji qiymətlərinin uzun müddət yüksək qalması qlobal inflyasiya təzyiqlərini artırmaqla yanaşı, bəzi iqtisadiyyatlarda yüngül resessiya riskini də gücləndirə bilər.

Tarix
2026.03.16 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla