Yuxarı

Bu, İrana Xameneidən sonra ən böyük zərbədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, İrana Xameneidən sonra ən böyük zərbədir

Son 47 ildə İran siyasətində Laricani ailəsi önəmli rol oynayıb. Onun atası Xomeyninin silahdaşlarından olub. Bu ailəni “İranın Kennediləri”də adlandırırlar. Ailənin əsas nümayəndəsi Əli Laricani İran siyasi elitasının ən nüfuzlu şəxslərindən biri idi. Son dövrlərdə ona İran siyasətinin “Boz kardinalı” deyirdilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Oqtay Qasımov İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi barədə danışarkən qeyd edib.

Onun sözlərinə görə, müharibə dönəmində Əli Xameneinin ölümündən sonra əsas fiqur Laricani sayılırdı:

“Savaşdan öncə Əli Xamenei səlahiyyətlərinin bir hissəsini ona ötürmüşdü. Laricani siyasi və hərbi elitanı, dövlət qurumlarının fəaliyyətini koordinasiya edən əsas şəxsə çevrilmişdi.

Laricani ilə bağlı müxtəlif iddialar da səslənirdi. Hətta belə iddialar var idi ki, ABŞ və İsrail gələcəkdə Laricani ilə danışıqlar apararaq onu İranın başına gətirmək istəyirlər”.

Ekspert hesab edir ki, Laricaninin öldürülməsi İran dövlət strukturlarına və İranın özünümüdafiə qabiliyyətinə vurulan ciddi zərbə kimi dəyərləndirilməlidir:

“Hazırda onu əvəz edəcək səviyyədə namizədin olması real görünmür. Çünki Laricani siyasi elitada çox ciddi nüfuza malik idi. Bundan başqa, onun SEPAH və “Bəsic”lə əlaqələri kifayət qədər dərin idi. Orada da təsir imkanları var idi. Doğrudur, onlar bəyan edir ki, sistem möhkəmdir və şəxslərdən asılı deyil. Amma şəxslərin rolunu unutmaq olmaz. Laricani və digərləri kimi təcrübəli şəxslərin yerini təcrübəsi az olan və cəmiyyətdə o qədər də tanınmamış şəxslərin tutması kifayət qədər problemli olacaq”.

Oqtay Qasımov dünənki hadisədən sonra İranın vəziyyətinin daha da mürəkkəbləşdiyini düşünür:

“Bu, müharibənin dərhal bitməsi mənasına gəlmir, rejim hələ özünü müdafiə edə bilcək. Lakin bu cür itkilər, xüsusilə SEPAH, “Bəsic”, ordu və kəşfiyyatın əsas şəxslərinin öldürülməsi rejimin qərar qəbuletmə mexanizminə ciddi təsir edəcək.

Laricaninin ölümü rejim üçün Xameneidən sonra ikinci ağır itki sayılır”.

Tarix
2026.03.18 / 14:12
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycan benzinini Avropa adı ilə satır - Papoyan

Ceyhun Bayramov Ər-Riyada yola düşdü

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

İran səfiri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Almaniya kansleri ilə danışdı

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla