Yuxarı

31 illik ənənə: Bakı dünya enerji gündəminin mərkəzinə çevrilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
31 illik ənənə: Bakı dünya enerji gündəminin mərkəzinə çevrilir

1–2 iyun 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində 31-ci Bakı Enerji Forumu keçiriləcək. Regionun aparıcı enerji platformalarından biri hesab olunan forum enerji sektorunun əsas iştirakçılarını, qlobal enerji liderlərini, siyasətçiləri, investorları və beynəlxalq ekspertləri bir araya gətirəcək.

Forum barədə Axar.az-a danışan iqtisadçı alim, deputat Vüqar Bayramov bildirib ki, Bakı Enerji Forumu regionun ən böyük forumlarından biridir.

Onun sözlərinə görə, forum praktik olaraq həm müzakirə, həm də anlaşmalar üçün ciddi bir platformadır və bu, yalnız rəsmilərin və şirkətlərin deyil, eyni zamanda beyin mərkəzlərinin, media qurumlarının bir araya gəlməsinə, yalnız region üçün deyil, qlobal əhəmiyyət təşkil edən məsələlərin müzakirəsinə imkan yaradır:

“Artıq 31 ildir ki, Azərbaycan bu forumu və sərgini təşkil edir və kifayət qədər enerji sektorunda xüsusi paya malik olan və nüfuzlu tədbirlərdən hesab olunur. Və bu ilki forumun digər mühüm üstünlüklərindən biri ondan ibarətdir ki, ilk dəfə olaraq enerji həftəsi çərçivəsində ABŞ–Azərbaycan İqtisadi Dialoqu təşkil olunacaq. Bu, ölkələr arasında bağlanmış strateji tərəfdaşlıq xartiyasına uyğun olaraq münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək. Xüsusən də Amerika Birləşmiş Ştatlarının daha çox texnologiya və innovasiyaların idxalına, eləcə də Azərbaycanın qeyri-neft ixracatının bu istiqamətdə artmasına imkan yaradacaq.

Ona görə də forum yalnız Azərbaycan üçün deyil, iştirakçı dövlətlər üçün ciddi bir platformadır. Eyni zamanda bu, Azərbaycanın öz potensialını təqdim etmək və eləcə də enerji sahəsində həyata keçirdiyi layihələri bir daha təqdim etmək və bu istiqamətdə müzakirələr təşkil etmək üçün bir imkandır. Və sözsüz ki, burada yalnız enerji deyil, həm də qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlər də öz yerini almaqdadır”.

Sözügedən mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli də saytımıza açıqlamasında vurğulayıb ki, bu platforma həm Azərbaycan, həm də bütövlükdə Xəzər bölgəsi üçün aktual enerji məsələlərinin müzakirəsi üzrə aparıcı bir arena hesab edilir:

“Forumun əsas faydaları bunlardır: dünya enerji bazarının aparıcı oyunçuları ilə birbaşa ünsiyyət qurmaq imkanı yaranır, Azərbaycanın enerji sektoru beynəlxalq sərmayəçilərə təqdim edilir, texnologiya mübadiləsi baş verir, ikitərəfli iş görüşmələri aparılır, enerji keçidi (energy transition) prosesi üzrə birgə mövqelər formalaşdırılır və regionun enerji gündəminə dair qərarların qəbuluna zəmin yaradılır.

Bir sözlə, bu forum Azərbaycana beynəlxalq enerji arenasında strateji mövqeyini möhkəmləndirmək, yaşıl enerji sahəsindəki ambisiyalarını dünyaya çatdırmaq və xarici investisiyaları cəlb etmək baxımından böyük əhəmiyyət daşıyır”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanıb.

Tarix
2026.05.30 / 14:51
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla