Yuxarı

Bu müqavilə İlham Əliyevin iradəsi hesabına imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu müqavilə İlham Əliyevin iradəsi hesabına imzalandı

Azərbaycanın dövlət başçısı referendumla bağlı öz iradəsini ortaya qoyandan sonra Rusiya məhz bu ərəfədə Ermənistana "İsgəndər" tipli raketlərin verilməsi haqqında qərar verdi. Bu, adi bir qərar deyildi. Bu qərar birbaşa Azərbaycanı təhdid etmək və onu qorxutmaq üçün atılan addımlardan biridir.

Axar.az xəbər verir ki, bu sözləri Musavat.com-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili son zamanlar Azərbaycana yönəlik təhlükələrlə bağlı danışıb:

"Bu 25 ildə Azərbaycana çox böyük təhdidlər olub, dövlət çevrilişi cəhdləri edilib, Azərbaycanı istəməyən qüvvələr buna daha çox çalışıb. Azərbaycanın dövlət başçısı referendumla bağlı öz iradəsini ortaya qoyandan sonra Rusiya məhz bu ərəfədə Ermənistana "İsgəndər" tipli raketlərin verilməsi haqqında qərar verdi. Bu, adi bir qərar deyildi. Bu qərar birbaşa Azərbaycanı təhdid etmək və onu qorxutmaq üçün atılan addımlardan biridir. Cənab prezident də faktiki olaraq Bakı Humanitar Forumunda Azərbaycana təhdidlərin, təhlükələrin həddən artıq çox olduğuna işarə vurdu. Dövlət başçısının yürütdüyü müstəqil siyasət çox dövlətlərin xoşuna gəlmir, Azərbaycanda öz hökmranlığını bərpa etmək istəyirlər".

V.Əhmədov Milli Məclisin yenidən Avropa Parlamenti ilə işləməklə bağlı qəbul etdiyi qərarın əsil mahiyyətindən də bəhs edib:

"Bu, Azərabaycan üçün çox əhəmiyyətli bir qərardır. Söhbət Azərbaycanın Avropa və ya Rusiyanın boyunduruğu altına girməsindən getmir. Söhbət siyasi münasibətlərin yüksək səviyyədə qurulmasından gedir. Biz müstəqillik dövründə bir sıra layihələr həyata keçirmişik. Azərbaycanda iki layihəyə mən çox böyük əhəmiyyət verirəm: birincisi, Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi"dir, ikincisi isə, 30 sentyabrda Milli Məclisdə təsdiq etdiyimiz TANAP-TAP qaz layihəsidir. Hansı ki, cənab İlham Əliyevin şəxsi iradəsi nəticəsində bu müqavilə imzalandı.

Bu layihə həm Azərbaycan qazının, həm də ola bilər, gələcəkdə Türkmənistan, İran qazının Avropaya çıxması üçün çox böyük əhəmiyyət kəsb edir. Mən bilirəm ki, bu layihələrin həyata keçirilməsində nə qədər əziyyətlər olub. Dövlət başçısına nə qədər təzyiqlər oldu ki, bu layihə reallaşmasın. Hətta bu yaxınlarda Türkiyə və Rusiya arasında münasibətlər yumşalanda yenə də bu layihəyə müəyyən əngəllər törətmək meyli hiss edildi, öz qazını ixrac etmək üçün Rusiya "Türk axını" layihəsinə üstünlük verdiyini nümayiş etdirdi.

Yəni təzyiqlər həmişə olub, indi daha da şiddətlənib və biz özümüzü bunlardan qorumalıyıq. Ümumiyyətlə, bu kimi mühüm layihələr Azərbaycanın müstəqilliyinin qarantıdır. Eyni zamanda, ölkədə vətəndaş həmrəyliyinin mövcud olması çox vacibdir. Düzdür, bəzi qüvvələr mitinqlər keçirdi və s. Amma mən bunu da adi qəbul edirəm, burada qeyri-adi bir şey yoxdur. Unutmaq olmaz ki, Azərbaycanda birlik olarsa, iqtidar və müxalifət arasında dialoq, normal münasibətlər davam etdirilərsə, bu, bizim dövlətimizin, xalqımızın və hökumətimizin faydasına olar".

Tarix
2016.10.03 / 11:19
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla