Yuxarı

Papa Bakıda ermənilərə verdiyi sözü tutmadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası ermənilərə verdiyi vədi yerinə yetirmədi. Çünki o, Bakıdakı çıxışların heç birində "kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur" ifadəsini işlətmədi. Əskinə, Papa Bakıdakı çıxışlarında iman, sülh və ədalətdən danışdı.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Roma Papasının Bakıya səfərini şərh edən politoloq onun Heydər Əliyev Mərkəzindəki çıxışında iki mesaj verildiyini bildirib:

"Birinci mesaj - Azərbaycan prezidentinin yürütdüyü siyasətin Vatikan tərəfindən dəstəyini tərənnüm etdirir. İlham Əliyevin multikulturalizmə söykənən dini dözümlülük siyasəti Roma Papasının da diqqətini çəkib.

İkinci mesajda isə Roma Papası Dağlıq Qarabağ münaqişəsindən ümumi sözlərlə danışır. İlham Əliyev diqqəti Azərbaycan torpaqlarının işğalı faktına yönəltsə də, Roma Papası çıxışında "Dağlıq Qarabağ" və "ərazi bütövlüyü" ifadələrini işlətmir. Bununla da Vatikan başçısı Azərbaycanla Ermənistan arasındakı qarşıdurmada kimsənin tərəfini tutmaq istəmədiyini göstərir. Bu isə Azərbaycan ictimaiyyətində müsbət qarşılana bilməz".

Politoloq bildirib ki, buna baxmayaraq, rəsmi Bakı Vatikanla münasibətlərə əhəmiyyət verir:

"Müstəqilliyimizi qazandıqdan sonra bu, Vatikan başçısının Azərbaycana ikinci səfəridir. Birinci səfər 2002-ci ildə reallaşmışdı. Vatikan başçıları adətən əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfər etmirlər, Azərbaycan istisnadır. Bu səfər Azərbaycanın dini və etnik toleratanlıq nümunəsi olduğunu göstərir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu Vatikanın bəzi muzeylərinin təmirinə maliyyə ayırır. Bu isə Roma Papası tərəfindən yüksək qiymətləndirilir. Azərbaycandan başqa hansısa digər müsəlman ölkəsinin belə bir nümunəsi yoxdur. Bu dəstəkdə rəsmi Bakının siyasi məqsədi var. Bu yardımla rəsmi Bakı həm Azərbaycanın dini tolerant ölkə olduğunu nümayiş etdirir, həm də dünyada böyük nüfuza malik olan Vatikanın ərazi bütövlüyü prinsipinə diqqət ayırmasına çalışır. Birinci məsələdə müsbət nəticə var, ikincidə yoxdur".

Qeyd edək ki, Roma Papası Fransisk Gürcüstandan sonra oktyabrın 2-də Azərbaycana səfər edib. İyunda isə Ermənistanda səfərdə olan Roma Papası İrəvandakı "soyqırım" abidəsini ziyarət etməklə yanaşı, "erməni soyqırımı olub" ifadəsini işlətmişdi. Eyni zamanda, onun "Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur" açıqlaması Azərbaycanda narazılıqla qarşılanmışdı.

Tarix
2016.10.03 / 12:49
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla