Yuxarı

ABŞ-dan Naxçıvan açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan Naxçıvan açıqlaması

Azərbaycanın Naxçıvan eksklavına maneəsiz çıxış əldə etməsi məsələsinə yeni düşüncə tərzi və yaradıcı üsullarla həll yolu tapılıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff “Washington Examiner”də dərc olunan məqaləsində bildirib.

Rəsmi bunun ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla səmərəli işi sayəsində mümkün olduğunu qeyd edib.

“Görülən səmərəli işin nəticəsi TRIPP (və ya “Tramp marşrutu) konsepsiyası oldu. Bu gün TRIPP konsepsiyası zahirən həllolunmaz mübahisələrin sonsuz danışıqlar yolu ilə deyil, yaradıcılıq, güc və qarşılıqlı maraq vasitəsilə həll edilməsinin modeli kimi dünya miqyasında tanınıb. Son bir il ərzində ABŞ bu sazişin həyata keçirilməsi istiqamətində Ermənistan və Azərbaycanla işləyib. Gözləntimiz budur ki, TRIPP Xəzər dənizi vasitəsilə davam etdiriləcək və bu konsepsiya Yaxın Şərqdə də inkişaf etdiriləcək”, - Uitkoff vurğulayıb.

Tarix
2026.08.11 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla