Yuxarı

Bakı böyük təhdidlərlə üzləşsə də... - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı böyük təhdidlərlə üzləşsə də... - Səfir

Konstitusiyaya edilən əlavə və dəyişikliklər Azərbaycan xalqının gözləntilərinə cavabdır.

AzərTac xəbər verir ki, bu fikir Azərbaycan diplomatının Misir qəzetinə müsahibəsində yer alıb.

Misirin "Əl-Vətən" qəzeti Azərbaycanın bu ölkədəki konsulu Emil Rəhimovun ölkəmizin Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı müsahibəsini yayıb.

Konsul bildirib ki, sentyabr ayında Azərbaycanda keçirilmiş ümumxalq səsverməsindən sonra Konstitusiyaya edilən əlavə və dəyişikliklər Azərbaycan xalqının gözləntilərinə cavabdır. Dəyişikliklər xüsusilə gənclərin siyasətdə iştirakını genişləndirmək məqsədini daşıyır. O, gənclərin cəmiyyətdəki rolunun artırılmasının, onların siyasi həyatda fəal iştirakının təmini üçün şəraitin yaradılmasının zəruri olduğu dövrdə Azərbaycan rəhbərliyinin hər bir dövlətin gələcəyinin gənclərin bacarıq və məharətindən asılı olduğunu yaxşı anladığını vurğulayaraq deyib: "Siyasi fəaliyyətlə məşğul olmaq, daha dəqiq desək, parlament seçkilərində namizəd olmaq, yaxud dövlətin ən ali kürsüsunü – respublika Prezidenti vəzifəsini tutmaq istəyənlər üçün yaş həddinin azaldılması buna xidmət edir. Konstitusiyaya əlavə və dəyişikliklər təklifi Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərində bərpa etdiyi müstəqillikdən bəri seçdiyi siyasi islahat yolunun daha da təkmilləşdirilməsi üçün irəli sürülüb. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir. Bu dövr ərzində ölkə böyük təhdidlərlə üzləşsə də inkişaf edib, müasir dövlətin əsasları kifayət qədər uğurlu qurulub. Bu təhdidlərin ən böyüyü isə Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafındakı rayonlar daxil olmaqla 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsidir.

Konsul bəzi qüvvələrin referendumla bağlı yanlış bəyanatlar yayması məsələsinə də toxunub. O bildirib ki, düzəlişlərin edildiyi maddələrlə yaxından tanış olmaqla, əslində, məsələnin həmin qüvvələrin iddialarının tam əksinə olduğunu görmək mümkündür. Orada ölkə daxilində və xaricində daha çox marağa səbəb olmuş siyasi məqamlarla yanaşı, iqtisadi fəaliyyətlə bağlı da bir neçə dəyişiklik var. Məqsəd iqtisadi imkanları genişləndirmək, Azərbaycanı investisiyalar üçün daha cəlbedici etmək, ticarət mübadiləsini stimullaşdırmaqdır. Bu, yalnız Azərbaycan vətəndaşlarına deyil, həm də region dövlətlərinin iqtisadiyyatına fayda verəcək, iqtisadi inteqrasiyanı təşviq edəcək.

Tarix
2016.10.14 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla