Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik
Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş
İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət
işi üzrə şahid qismində ifadə verən şəxslər arasında iş adamı
İsfəndiyar Axundovun da adı var.
APA-nın əldə etdiyi
məlumata görə, iş adamı, "Şərurlu İsfəndiyar" kimi tanınan
İsfəndiyar Axundov ibtidai istintaq zamanı ifadəsində göstərib ki,
iş adamı Quliyev Azər Cəlil oğlunu təxminən 2007-ci ildən tanıyır,
sonuncu ilə ədavəti və düşmənçiliyi olmayıb. Quliyev Azər Cəlil
oğlu Azərtikinti ATF MMC-nin direktoru olub. 22 may 2007-ci il
tarixdə Azər Quliyevlə Orxan MMC-nin direktoru Əlizadə Alim Bəhro
oğlu arasında birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə
bağlanıb. Həmin müqaviləyə uyğun olaraq Orxan MMC Bakı şəhəri
Telnov küçəsi 2347/48-ci məhəllədə çoxmərtəbəli binaların inşası
üçün ayrılmış torpaq sahəsində olan tikintisi yarımçıq qalmış dörd
ədəd 16 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsini və tikintiyə
icazə verilməsi üçün nəzərdə tutulmuş bütün sənədləri qaydasına
salmalı, Azərtikinti ATF MMC isə həmin yarımçıq binaların
tikintisini tamamlayaraq təhvil verməli və bundan sonra əldə
olunmuş mənfəət iki şirkət arasında bölünməli idi.
Müqaviləyə əsasən, Azərtikinti ATF MMC-nin tikilmiş binada
mənzil satmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, Azərtikinti ATF
MMC-nin direktoru Azər Quliyev Orxan MMC-nin məlumatı olmadan
binanın tikilməmiş mənzillərini satıb. Azər Quliyev binada
tikilməmiş eyni mənzilləri bir neçə nəfərə satıb. Bundan başqa,
Azər Quliyev Bakı şəhərində Babək-94 MTK-da da podratçı kimi bina
tikintisi ilə məşğul olub. Həmin MTK-da da eyni qaydada mənzilləri
bir neçə nəfərə satıb. Həmin faktlara görə zərərçəkmiş şəxslərin
şikayəti əsasında DİN-də araşdırma aparılıb və cinayət işi
başlanıb.
İfadədə bildirilir ki, Orxan MMC tərəfindən müqavilədə nəzərdə
tutulmuş öhdəliklər tam yerinə yetirildikdən sonra Azərtikinti ATF
MMC tərəfindən həmin binalarda tikinti işlərinə başlanılıb.
Müqaviləyə əsasən, Azərtikinti ATF MMC-nin tikilmiş binada mənzil
satmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, Azərtikinti ATF
MMC-nin direktoru Azər Quliyev Orxan MMC-nin məlumatı olmadan
binanın tikilməmiş mənzillərini satıb. Azər Quliyev binada
tikilməmiş eyni mənzilləri bir neçə nəfərə satıb. Bundan başqa,
Azər Quliyev Bakı şəhərində Babək-94 MTK-da da podratçı kimi bina
tikintisi ilə məşğul olub. Həmin MTK-da da eyni qaydada mənzilləri
bir neçə nəfərə satıb. Həmin faktlara görə zərərçəkmiş şəxslərin
şikayəti əsasında DİN-də araşdırma aparılıb və cinayət işi
başlanıb. Həmin cinayət işinin istintaq zamanı Azər Quliyevin Orxan
MMC-nin Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə yerləşən
tikintisi başa çatmamış binalarda yerləşən, tikilməmiş mənzilləri
ayrı-ayrı şəxslərə satması faktları aşkara çıxıb. Bundan sonra
həmin faktlara görə də istintaq orqanı tərəfindən araşdırmalar
aparılıb. Təxminən 2008-ci ilin əvvəllərində Orxan MMC təsisçisi
olduğu Şaiq MTK-ya qoşulub. Bundan sonra Azər Quliyevin qanunsuz
olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsait
sonuncunun əvəzindən zərərçəkmiş şəxslərə ödənilib. Hətta
tərəfindən ödənilmiş vəsait Azər Quliyevin binanın tikintisinə sərf
etdiyi vəsaitdən təxminən 800.000 manat artıq olub.
Bundan sonra binanın tikintisinə dair Azər Quliyevlə bağlanmış
müqavilə ləğv edilib və Azər Quliyev tikintidən uzaqlaşdırılıb.
Şaiq MTK tərəfindən həmin binalarda tikinti işləri davam
etdirilərək tikinti başa çatdırılıb, Azər Quliyevin isə barəsində
istintaq olunan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri
seçilib. Azər Quliyev barəsində cinayət işi üzrə istintaq başa
çatdırıldıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib. Məhkəmə Azər Quliyev törətmiş olduğu əməllərə görə
təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına
məhkum edib. Orxan MTK deyil, MMC olub. Həmin cəmiyyətin Milli
Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyəti olmayıb. MMC Naxçıvan
MR-da yaradılmaqla orada Ədliyyə Nazirliyində 21.11.2003-cü ildə
qeydiyyatdan keçib. Cəmiyyətin təsisçisi Şərur rayonu Düdəngə kənd
sakini İbrahimov Asəf Səfəralı oğlu olub. Cəmiyyətin başqa
təsisçisi olmayıb, icraçı direktor isə Əlizadə Alim Bəhro oğlu
təyin edilib.
İ. Axundov bildirib ki, Şaiq MTK və Orxan MMC-nin MTN ilə heç
bir əlaqəsi olmayıb. Həmin bina MTN-nin sifarişi ilə tikilməyib.
Həmin binanın sifarişçisi Orxan MMC, podratçısı isə Azərtikinti ATF
MMC olub. Azər Quliyev həmin tikintidə təxminən 1.300.000 manatlıq
iş görüb. Həmin tikintinin Quliyev Azər Cəlil oğluna verəcəyi
hansısa bir borcu yoxdur. Əksinə o, əlavə 800.000 manatlıq mənzili
zərərçəkmiş şəxslərə verib.