Yuxarı

Bu mövzuda İsrail baş naziri ilə razıyam - İranlı nazir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu mövzuda İsrail baş naziri ilə razıyam - İranlı nazir

İranın xarici işlər naziri Abbas Arakçı Avstraliya hökumətinin İran səfirini antisemitizm iddiası ilə ölkədən çıxarmasına reaksiya verib.

Axar.az xəbər verir ki, nazir bu barədə X sosial şəbəkə hesabında yazı paylaşıb.

“Axtarışda olan müharibə cinayətkarları ilə eyni cəbhədə dayanmaq adətim deyil, amma Netanyahu bir mövzuda haqlıdır ki, Avstraliyanın Baş naziri doğrudan da zəif bir siyasətçidir.

İran dünyanın ən qədim yəhudi icmalarından birinə ev sahibliyi edir və ölkəmizdə onlarla sinaqoq mövcuddur. Avstraliyadakı belə yerlərə hücumlarda İranı günahlandırmaq mənasızdır. Biz öz ölkəmizdə bu yerləri qorumaq üçün əlimizdən gələni edirik.

İran Avstraliya xalqının Fələstinlə həmrəy olmasının bədəlini ödəyir. Kanberra anlamalıdır ki, müharibə cinayətkarlarının rəhbərlik etdiyi bir rejimi razı salmağa çalışmaq düzgün deyil. Belə addımlar Netanyahunu və onun kimilərini daha da cəsarətləndirəcək”, - deyə nazir bildirib.

Qeyd edək ki, Avstraliya Kanberradakı İran səfirini "arzuolunmaz şəxs" elan edib və ona, eləcə də daha üç iranlı diplomata ölkəni yeddi gün ərzində tərk etməyi əmr edib. Hətta Avstraliya özünün Tehrandakı səfirlik fəaliyyətini də dayandırıb.

Tarix
2025.08.26 / 23:48
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

Azərbaycanlılar aksiyalara buna görə qoşulmur

Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla