"Vəhabi məzhəbindən olanlar Xudatda şəriət məhkəməsi
qurub".
Bu barədə "Axar.az"ın əməkdaşı Xudatda
sakinlərdən məlumat əldə edib.
Məlumata görə, vəhabilərin qurduğu məhkəmə yalnız onların özü
üçündür və həmin məzhəbdən olanların dövlət məhkəmələrinə müraciət
etməmələri üçün yaradılıb.
Vəhabi məzhəbindən olanların mübahisəli məsələləri məhz bu
məhkəmədə həll olunur. Şəriət məhkəməsinin daha ədalətli olması,
tərəfkeşlik etməməsi təbliğ edilir və yerli əhaliyə mübahisəli
məsələləri bu məhkəmələrdə həll etmək tövsiyə olunur.
Məlumatlı mənbə deyir ki, vəhabi olmayan şəxslərin həmin məhkəmə
heyəti olan "ağsaqqal vəhabilərin" yanına getməsinə icazə yoxdur.
Burdan da aydın olur ki, insanlar şəriət məhkəməsi ilə həm də
vəhabiliyə cəlb edilirlər.
Vəhabilər bu məhkəmələri yaratmaq fikrini bu cür
əsaslandırır:
"İslam qaydaları ilə fəaliyyət göstərməyən dövlət kafir
dövlətdir. Kafir dövlətin məhkəməsi də kafirdir. Kafirlərin
müsəlmanların haqqında qərar çıxarmasına imkan vermək olmaz.
Müsəlmanlar öz məhkəməsini qurmalı və mübahisəli məsələləri
şəriətlə həll etməlidir".
Xəbərin ciddiliyi səbəbindən "Axar.az" əməkdaşı
Xudata ezam olunub.