Yuxarı

Hesablama Palatası Etibar Pirverdiyevi yoxlamağa başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hesablama Palatası Etibar Pirverdiyevi yoxlamağa başladı

"Sumqayıt Texnologiyalar Parkı" "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevdən alınır.

Axar.az "Qaynar.info"ya istinadən xəbər verir ki, artıq Hesablama Palatası zavodda yoxlamalara start verib.

Yoxlamalara səbəb zavodda baş verən böhran və 2014-cü ildən STP-də işçilərin əmək haqlarının gecikməsi olub. Bildirilir ki, az miqdarda maaş almalarına baxmayaraq, işçilərin maaşlarının gecikməsi artıq ciddi qalmaqal yaradıb.

Maaşların gecikməsinə səbəb işçilərin pullarının Etibar Pirverdiyev tərəfindən şəxsi bankı olduğu iddia edilən "Azəriqazbank"da dövriyyəyə buraxması göstərilir.

Bildirilir ki, bir neçə gündür STP-də Hesablama Palatası tərəfindən audit yoxlamaları davam edir. Auditlər zavodun bütün maliyyə sistemini, gəlir-çıxarlarını araşdırdıqdan sonra yuxarı dairələrə məlumat veriblər.

Məlumatda iddia olunur ki, Etibar Pirverdiyevin yerinə "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev gətiriləcək. Artıq bununla razılıq da əldə olunub. Həmçinin STP-də çoxlu yeyinti faktlarının üzə çıxdığı, bununla bağlı maxinasiyaların iştirakçısı olan şəxslərin vəzifələrindən uzaqlaşdırıldığı iddia olunur.

Zavodun direktorunun Etibar Piriverdiyevin yaxın qohumlarından biri - xalası oğlu olduğu da xəbərlər sırasındadır.

Qeyd edək ki, Vergilər Nazirliyi 2012-ci ilin mayında Sumqayıt Texnologiyalar Parkı (STP) MMC-ni qeydiyyata alıb. Onu "Azenco Group" MMC təsis edib.

MMC-nin nizamnamə kapitalı 1000 manatdır. Texnopark rəsmən 2000-ci illərin ortalarından "Azərenerji" ASC-nin struktur şöbəsi kimi fəaliyyət göstərib.

STP-nin "Azenco"dan ayrılması qərarı səhmdarların ümumi yığıncağında qəbul edilib. STP ən sürətlə inkişaf edən biznes strukturlardandır. STP-yə 17 elektroenergetika, maşınqayırma və s. zavodları daxildir.

Tarix
2014.04.11 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla