Yuxarı

"Azərbaycanın bu addımı bizi məyus etdi" - Morninqstar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərbaycanın bu addımı bizi məyus etdi" - Morninqstar

"Azərbaycan Təhsil Nazirliyinin Amerikadan Azərbaycana könüllülərin yeni qrupunun gətirilməsini istəməməsi bizi məyus etdi".

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. O, bir həftə əvvəl bu məsələ ilə bağlı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşdüyünü söyləyib: "Nazir aydın şəkildə bildirdi ki, bu addımda məqsəd Amerika Sülh Korpusunun fəaliyyətini məhdudlaşdırmaq deyil. Sadəcə, nazirlik özünün qaydalarını nəzərdən keçirmək istəyir. Nazir əmin olmaq istəyir ki, ölkəyə gələn könüllülər lazımi və doğru ünvanlara yönəldiləcək. O, bizi əmin etdi ki, hazırda ölkədə olan Sülh Korpusunun könüllüləri fəaliyyətlərinin sonuna kimi ölkədə qala biləcəklər. Mən inanıram ki, Təhsil Nazirliyi öz qaydalarını nəzərdən keçirdikdən sonra biz yeni razılaşma əldə edə biləcəyik. Bu da yeni könüllülər qrupunun Azərbaycana gəlməsinə imkan verəcək. Hər şeyi zaman göstərəcək".

Qeyd edək ki, R.Morninqstar Gəncəyə səfəri çərçivəsində şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovla görüşüb.

Tarix
2014.04.14 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla