Milli Elmlər Akademiyasının 7 alimi Azərbaycanın
görkəmli alimlərinin adlarını daşıyan mükafatlara layiq görülüblər.
Aprelin 18-də mükafatlar sahiblərinə təqdim edilib.
Mükafat alan şəxslərin siyahısını təqdim edirik:
akademik Çingiz Qacar - fizika elmi sahəsində
fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi
adına mükafatı;
akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü
İradə Hüseynova - kənd təsərrüfatı sahəsində
fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi
adına mükafat;
akademik Ömər Eldarov - Azərbaycan
mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı
xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına mükafat;
akademik Böyükkişi Ağayev - səhiyyənin və tibb
elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik
xidmətlərinə və nailiyyətlərə görə akademik Mirəsədulla Mirqasımov
adına mükafat;
akademik Məhərrəm Məmmədyarov - xüsusi texnika
üçün vacib olan sintetik yağların yaradılması və kim¬ya sahəsində
əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına
mükafat;
geologiya-mineralogiya elmləri doktoru Fərid
Dadaşov - geologiya sahəsində fundamental tədqiqatları və
nailiyyətlərinə görə akademik Musa Əliyev adına mükafat.
Alimlərə adlı mükafatlarla yanaşı diplom və beş min manat
həcmində pul mükafatı da təqdim olunub. /Teleqraf.az/