Yuxarı

Ermənilərdən öz əsgərlərinə müraciət: “Qarabağdan qaçın” – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərdən öz əsgərlərinə müraciət: “Qarabağdan qaçın” – Video

CBC telekanalında erməni jurnalist Syuzan Caqinyan, hüquq müdafiəçisi Vaan Martirosyan, Ermənistan vətəndaşı Sergey Culakyanın fikirləri yer alıb.

Baku.vs-nin məlumatına əsasən, videoda erməni xalqına və əsgərlərinə müraciət edən müsahiblər çıxışlarında Ermənistan hakimiyyətinə qarşı çox sərt mövqe tutublar.

Videoda Syuzan Caqinyan Ermənistanın başında duran hakimiyyətin ölkənin ermənilərsiz qalması üçün əlindən gələni etdiyi bildirir.

“Bu proqramlardan biri də ordudur. Mən belə düşünürəm ki, sizin yerinizə orda Köçəryanın, Sərkisyanın və öz xalqından oğurluq edən bütün digər generalların övladları, uşqları, nəvələri olmalıdırlar. Bu gün Qarabağ müharibəsi erməni xalqını idarə etmək və onları müti qula çevirmək ücün bir vasitəsir. Onlara uymayın. Nahəyət ki, erməni xalqının əsl düşmənlərinin kim olduğunu dərk edin. Sizin həyatınız onlar üçün əhəmiyyətsizdir. Sizi bu münaqişənin sülh yolu ilə həllini tapmağa çağırıram. Çünki mən şəxsən daha müharibə istəmirəm. İstəyirəm ki, siz də istəməyəsiniz".

Hüquq mühafizəçisi Vaan Martirosyan:

“Siz əlinizdə silah vətəninizi qoruduğunuzu düşünərkən əsl düşmənlər sizin arxanızda ana-atalarınızın vuraraq onların çörəklərini əllərindən alır. Onları həbsxanaya atır, sizin gələcəyinizdən məhrum edirlər. Nə üçün Qarabağdan olan heç bir insan Qarabağda xidmət etmir? Erməni gəncləri və onların valideynləri ilə heç bir əlaqəsi olmayan torpaqlar uğrunda erməni əsgərlərinin ölməsinin əsas günahkarı Sərkisyan rejimidir. Qarabağı ömürlərində bir dəfə də olsun görməyən irəvanlı gənclər ora göndərilərək nəyin uğrunda vuruşduqlarının fərqinə belə varmadan həlak olurlar”, – deyə bildirib.

Ermənistan vətəndaşı Sergey Culakyan: “Yad torpaqlarında qan tökmək nəyə lazımdır? Mən Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçmiş erməni gənclərinin bir nümayəndəsi kimi erməni əsgərlərinə müraciət edirəm: silahlarınızı hazırda bizim ölkəni idarə edən əsl düməninizə tərəf çevirin”.

Tarix
2017.03.04 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla