Yuxarı

Avropa niyə terrorçulara qucaq açır, türk nazirlərə yox? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlunun uçuş icazəsinin Hollandiya tərəfindən ləğv edilməsi iki ölkə arasında münasibətlərdə gərginlik yaradıb. Bundan sonra öz növbəsində Türkiyə hökumətindən Hollandiyaya qarşı sərt bəyanatlar səslənib.

Politoloq Elxan Şahinoğlu Ölkə.az-a açıqlamasında bildirib ki, son vaxtlar Avropa ölkələri tərəfindən Türkiyəyə qarşı qərəzli siyasət yolu seçilib. Onun fikrincə, Türkiyə hökuməti onlara qarşı seçilən ikili siyasətə səbrli olmalı və atacağı addımlarda son dərəcə ehtiyatlı davranmalıdır.

“Türkiyədə aprelin 16-da referendumdur. Hazırda bununla bağlı təbliğat kampaniyası gedir. Avropada da 5 milyona yaxın türk yaşayır. Onlar da Türkiyənin seçiciləri sayılır. Çünki onların ikili vətəndaşlıqları var. Türkiyə hökuməti, hakim partiya haqlı olaraq orada kampaniya aparmaq istəyir. Çünki əvvəllər də belə olub. Ərdoğan Almaniyada mitinqlər təşkil edib. Müxalifət təmsilçiləri də Avropa ölkələrində öz xeyirlərinə təbliğatlar aparıblar. İndi isə Avropa ölkələri buna qadağa qoymağa çalışır. Burada ikili standart var. Çünki bir müddət öncə Ərdoğan Berlində mitinq keçirtmək istədi. Bunun baş tutmasına imkan vermədilər. Video müraciətini göndərmək istədi, ona da imkan vermədilər. Halbuki eyni gün PKK terror təşkilatının tərəfdarları Berlində mitinq etdilər və onların başkəsənlərinin video-müraciəti yayımlandı. Burada da ikili mövqe vardı. İndi də Türkiyənin hakim partiyası təbliğat aparmaq istəyir, görür ki, qadağalar var. Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlunun referendum çərçivəsində Hollandiyaya buraxılmaması bununla bağlıdır ki, gəlib orada hansısa təbliğat işi aparılmasın. Başqa vaxt olsaydı, aydındır ki, ona ölkəyə giriş izni veriləcəkdi. Türkiyə hökuməti belə məsələlərdə bir qədər ehtiyatlı olmalıdır. Türkiyənin ətrafında düşmən olan qüvvələr, ölkələr çoxdur. Bu səbəbdən Türkiyəyə özünə yeni düşmən qazanmaq yaxşı heç nə vəd etmir. Aydındır ki, Avropa ölkələrindən Türkiyəyə təzyiqlər, ikili münasibətlər mövcuddur. Lakin Türkiyə hökuməti də səbrli olmalıdır. Suriya ilə düşmənlik davam edir, İranla münasibətdə də müəyyən suallar var. Vaxtilə Rusiya ilə münasibətlər gərginləşmişdi. Yunanıstanla da zaman-zaman gərginliklər yaşanır. İndi də Almaniya və Hollandiya ilə ziddiyətlərin yaranması yaxşı hal deyil. Düşmənlərin sayı getdikcə artır və bu düşmənlər Türkiyəyə qarşı məkirli planlar qura bilərlər”, - deyə Elxan Şahinoğlu bildirib.

Politoloq Qabil Hüseynli isə bildirib ki, Türkiyə siyasətçiləri xarici ölkələrlə münasibətlərdə ciddi səhvlərə yol verirlər. Onun sözlərinə görə, bu səbəbdən də qərəzli ölkələrin Türkiyəyə qarşı çıxmasına səbəblər yaranır.

“Türkiyə Almaniya ilə münasibətləri bir xeyli korladı. Almanlar Türkiyəyə bildiriblər ki, sizin siyasətçilər orada təbliğatla məşğul ola bilməz. Almaniya Türkiyədə gedən siyasi sistem dəyişəkliyini bəyənmir və qəbul etmir. Almaniya buna adi seçki kampaniyası kimi baxmır və bunu ölkəsinin daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Hollandiya da eyni nümunəni təkrar edir. Ona görə də Çavuşoğlunun həmin ölkəyə getməsinə icazə vermir. Türkiyə siyasətçiləri xarici ölkələrlə münasibətlərdə ciddi səhvlərə yol verirlər. Türkiyə hökuməti bunu orada yaşayan çox sayda türkün olması ilə əlaqələndirəcəklər. Orada yaşayan türklərin bir çoxuna vətəndaşlıq verilib. Onlar ev, iş sahibidirlər. İmkan vermək lazımdır ki, onlar rahat yaşasınlar. Hər şeyi siyasətə qurban vermək olmaz”, - deyə Qabil Hüseynli bildirib.

Q.Hüseynli deyib ki, baş verən problemlərin günahının böyük bir qismi Hollandiyadadırsa, müəyyən qismində də Türkiyənin günahı var:

“Bu işin altında gizli mətləblər yatır. Bu məsələdə siyasətçilərin müəyyən problemləri gizlənilir və ümumilikdə Hollandiya ilə Türkiyə arasında yaranacaq hansısa qlobal problemlə əlaqəli deyil”.

Tarix
2017.03.11 / 22:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla