Yuxarı

Bu da Qarabağ klanının sonu: Rusiya Ermənistanı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlament idarə üsuluna keçməklə guya insan hüquqlarının əsas çarçısına çevriləcəyini zənn edir. Halbuki Ermənistanın hazırkı durumu və ölkədə baş qaldıran əsas problemlər elə insan hüquqlarının tapdalanmasından qaynaqlanır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Rusiya nəyin bahasına olursa-olsun, Ermənistandan əl çəkən deyil:

“Ermənistan həm Rusiya, həm də Avropaya yarınmağa çalışır. Ancaq İrəvan refendumdan sonra da Moskvanın vassalı olaraq qalacaq. Çünki ortada baza məsələləri var. Rusiyanın bazaları məhz Türkiyə ilə Ermənistan arasında olan sərhəddən çıxarılsa, bu, çox böyük problemə yol açar. Sərkisyan artıq cavabdehliyi öz üzərindən atmağa çalışır və bütün məsuliyyəti kollegial müzakirələrə yönəldir. Səhra komandirlərindən ibarət olan Qarabağ klanının çətin günləri başlayır. Sabah Ermənistanda hər hansı bir problem baş qaldırsa, Sərkisyan baş verənləri Qarabağ klanının boynuna qoyacaq. Kreml onsuz da Karen Karapetyanı üstün tutur. Bir sözlə, hazırda Ermənistanda mübarizə aparan əsas siyasi qüvvələr - keçmiş müdafiə və xarici işlər nazirinin bloku, Rusiya bloku, qərbyönlü blok və Qarabağ klanıdır. Hansının qələbə çalmasından asılı olmayaq, əsas istiqamət Rusiya ilə olacaq”.

Tarix
2017.03.18 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla