Yuxarı

Bakıda bu avtobuslar çimərliyə gedəcək - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu avtobuslar çimərliyə gedəcək - Siyahı

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət traektoriyasında dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin Ölkə.az-a verdiyi məlumata görə, məqsəd bu ilki çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş gəlişini təmin etməkdir. Mövsümü xarakretli dəyişikliyə əsasən 01.06.2017 tarixindən:

- 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə,

- 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına,

- 173 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə,

- 179 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar Süleyman Sani Axundov küçəsindən “Qızılqum” sanatoriyasına,

- 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına,

- 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə,

- 108 və 134 nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına,

- 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.

Tarix
2017.06.01 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla