Yuxarı

ABŞ təşviş içində: Türkiyənin S-400 planı – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ölkələrinin və Türkiyənin bir-birinə qarşı iddiaları var. Çünki Türkiyə ABŞ-ın kürd yaraqlılarına bölgədəki dəstəyini qəti qəbul etmir və ABŞ-ın Kürdüstan dövlətini yaratmaq planını qətiyyətlə pisləyir.

Bu sözləri Axar.az-a Türkiyə ilə Rusiya arasında S-400 raket sistemləri ilə bağlı razılaşmanın imzalanmasına münasibət bildirən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Türkiyə NATO-nun üzvü olmasına baxmayaraq, son illər sərt ritorikaya keçib:

“Türkiyə yavaş-yavaş alternativ güclərlə münasibətini möhkəmləndirməyə çalışır. ABŞ-a göstərmək istəyir ki, əgər Qərb Türkiyəyə qarşı etinasızlıq göstərsə, onda rəsmi Ankaranın alternativ istiqamətlərdən yararlanma imkanları olacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində NATO-nun yenidən gözdən keçirilməli olduğunu deyib. Çünki Türkiyə ABŞ Prezidenti Donald Trampın YPG-yə silah yardımı edilməsi ilə bağlı sazişi təsdiqləməsinə qəti etiraz etmişdi. Türkiyə müstəqil dövlət kimi öz suveren hüquqlarından istifadə edib. Çox qeyri-stabil bölgədə olmasına görə müdafiə potensialını gücləndirir. Buna görə də S-400 müdafiə sistemini almağı məqbul sayıb. Digər tərəfdən, Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda çıxışında da bildirib ki, Türkiyədə silah istehsalı günün tələbləri səviyyəsinə qaldırılmalıdır. Ona görə də Türkiyə artıq raket istehsalına çox böyük diqqət ayırır.

Fikrimcə, Türkiyədə yeni istehsal qüvvələri məhz Rusiyanın müxtəlif təşkilatlarının iştirakı ilə həyata keçirilir. Buna görə də bu razılaşmanın imzalanması Rusiya ilə Türkiyənin ikitərəfli formatda olan münasibətlərinin təzahürüdür”.

Politoloq ABŞ-ın Türkiyə ilə Rusiya arasında imzalanmış S-400 razılaşmasını sakit qarşılamayacağını bildirib:

“ABŞ dünya silah bazarında aparıcı mövqeyə malikdir. Silah bazarında Rusiya artıq 3-cü yerdə olsa da, bu ölkənin elə silah növləri var ki, onların rəqabət qüvvəsi çox yüksəkdir. Elə Türkiyənin Rusiyadan almağı planlaşdırdığı S-400 hərbi hava hücumundan müdafiə sistemləri bu tip silahlardandır”.

Xatırladaq ki, iyul ayının 13-də yayılan informasiyaya görə, Türkiyə Rusiyadan 4 ədəd S-400 raketləri almaq üçün 2.5 milyard dollar ödəyəcək.

Tarix
2017.07.16 / 10:24
Müəllif
Firuzə Vahidqızı
Oxunub
8 343
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla