Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


İrəvan əsgərlərini cəbhəyə zəncirlə bağlayıb - Qarabağ səfəri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan artıq çox güman dünyada olan yeganə dövlətdir ki, öz hərbçilərini öndə olan postlara zəncirlərlə bağlayır.

Bu sözləri Axar.az-a Ermənistan Müdafiə naziri Vigen Sərkisyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfərinə münasibət bildirən politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, Ermənistan artıq öz qorxusunu, təşvişini gizlədə bilmir:

“Ermənistan Prezidenti Serj Sərkisyanın son açıqlamaları, onun Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun müsahibəsinə cavab verməsi göstərir ki, bu ölkə artıq təşviş içindədir. Onlar anlayır ki, Azərbaycan hərbi cəhətdən, texniki baxımdan, ümumiyyətlə, strateji resurslar nöqteyi-nəzərindən Ermənistandan qat-qat üstündür. Son günlər Ermənistanın təmas xəttində vəziyyəti bilərəkdən pozması, dünyaya lazımsız, faktsız informasiyalar göndərməsi onu göstərir ki, Ermənistan öz yaratdığı gərginliyi artıq cilovlaya bilmir. Ona görə də Ermənistan rəhbərliyinin nümayəndələri, o cümlədən Müdafiə naziri Vigen Sərkisyanın Dağlıq Qarabağ bölgəsinə getməsi orada qalan yerli əhalinin sakitləşdirmək, onlara yalançı impulslar vermək məqsədi güdür. Artıq Qarabağda 30 mindən artıq adam yaşamır. Halbuki vaxtı ilə həmin ərazilərdə azərbaycanlılarla birlikdə 150 mindən çox əhali yaşayırdı”.

T.Abbasovun sözlərinə görə, yalandan şişirdilmiş müdafiə xəttinin qurucuları həmin ərazidə təbliğat xarakterli, orduda qalmış az sayda hərbçiləri bir növ ruhlandırmağa çalışırlar:

“İrəvan artıq özünün yaratdığı problemin öhdəsindən gələ bilmir. Formalaşan vəziyyətin artıq girovuna çevrilib. Əgər Azərbaycan anti-terror əməliyyatlarına başlayarsa, onlar guya tab gətirə biləcəklərini xalqa inandırmağa çalışırlar. Əslində Azərbaycan üçün bu səfərlərin heç bir siyasi-strateji, hərbi-texniki əhəmiyyəti yoxdur. Çünki biz qarşımızdakı düşməni tanıyırıq. Onların imkanlarına bələdik. Hesab edirəm ki, Prezident İlham Əliyev də Nazirlər Kabinetinin qarşısında çıxışı zamanı bütün lazımi məqamları diqqətə çatdırdı. Daha sonra Müdafiə nazirimiz Zakir Həsənovun çıxışlarında bu məsələ haqqında mənzərəni lazımınca qiymətləndiriblər. Azərbaycan indiki reallıqda heç kimlə məsləhətləşmədən bu problemin həlli ilə bağlı qərar verə bilər”.

Qeyd edək ki, Ermənistan Müdafiə naziri Vigen Sərkisyan bu gün Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib.

Tarix
2017.07.17 / 15:57
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Türkiyə 2 gündən sonra savaşa girir

Qarabağda müharibə davam edir, sadəcə... – Polkovnik

Lavrovun Qarabağla bağlı qətnamələrə - İkibaşlı yanaşması

OPEK Trampın istəyinə uyğun qərar verəcək – Proqnoz

Ezamiyyət xərclərinin normaları artırıldı - Dəyişiklik

Dövlət bayrağı ilə bağlı anlaşılmazlıq aradan qaldırıldı

Quterreş-Lavrov konfransında Qarabağ müzakirəsi... - XİN

Ovanisyanın axmaq şərhləri... - Vaqif Dərgahlı

İrəvan yenə Moskvaya yalvarır: istəyi reallaşacaqmı? - Video

Türkiyə ABŞ-a niyə “aşağı vəzifəlilər”i göndərdi?

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla