Yuxarı

Erməni politoloq: “Qarabağ 88-ci ilin vəziyyətinə qayıda bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni politoloq: “Qarabağ 88-ci ilin vəziyyətinə qayıda bilər”

"Ermənistanın bu ittifaqda rolu Kalininqrad regionunun statusundan artıq deyil".

Axar.az xəbər verir ki, bu sözləri Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin koordinatoru Artur Sakunts deyib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Ermənistanın Avrasiya İqtisadi Birliyi təşkilatına yalnız öz sərhədləri çərçivəsində qəbul olunacağı məsələsini şərh edən Artur Sakunts bildirib:

"Əslində, imzalanmış müqavilə SSRİ-nin bərpası istiqamətindədir. Gürcüstan tez bir zamanda buna adekvat olaraq Aİ ilə assosiativ saziş imzalayacaq. Azərbaycan və Ermənistan arasında gərginliyi saxlamaq Rusiyanın marağındadır və onların silahlandırılması məqsədli şəkildədir. Belorusiya və Qazaxıstan artıq Rusiya imperiya məkanına daxildirlər və bunu etiraf da edirlər. Onların gələcək niyyəti Sərkisyandan attaşe kimi istifadə edərək Azərbaycanı da Avrasiya İttifaqına daxil etməkdir. Təəssüf ki, Ermənistan bu proseslərdə heç bir rola malik deyil və səsvermə hüququ da yoxdur. Ermənistanın bu ittifaqda rolu Kalininqrad regionunun statusundan artıq deyil. Qarabağ Ermənistana olan təhlükələrin neytrallaşdırılmasında əsas rol oynayır. Qəribədir ki, Robert Köçəryan və Serj Sərkisyan Ermənistanın müstəqilliyini təhlükə altına qoymaqla artıq Qarabağla bağlı olan yeni təhdidlərin meydana çıxmasına səbəb oldular. Qarabağ ilk dəfə Ermənistanın "uzaqgörən" siyasətinin nəticələrini öz üzərində hiss etməyə başladı. Qarabağda təhlükəli inkişaf prosesi başlaya bilər ki, bizi yenidən 1988-ci ilə gətirib çıxara bilər. Bu da dolayısı ilə Putinin imperial hədəfləri içərisindədir".

Tarix
2014.06.02 / 15:41
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla