Yuxarı

Zakir Həsənov haqda yalan yayan casus deşifrə oldu – Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zakir Həsənovun istefa ərizəsi haqqında məlumatın kimlər tərəfindən dövriyyəyə buraxılması artıq bizim tərəfimizdən müəyyən olunub".

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov Zakir Həsənovun istefa ərizəsi yazması haqqında yayılan informasiyanı şərh edərkən deyib. O, belə məlumatın naziri gözdən salmaq üçün yayıldığını bildirib:

"Zakir Həsənovun istefa ərizəsi yazması barədə yalan məlumatın kimlər tərəfindən dövriyyəyə buraxıldığını artıq müəyyən etmişik. Bu, nazirin Baş Qərargah rəisi ilə söhbətinin mərkəzində dayanan polkovnik Elxan Məcidovdur. O, Baş Qərargahda idarələrdən birinin rəisi vəzifəsini icra edir. Zakir Həsənov artıq Elxan Məcidovla bağlı ölçü götürülməsi üçün Baş Qərargah rəisinə tapşırıq verib. Əvəzində isə E.Məcidov Zakir Həsənovu gözdən salmaq üçün bu məlumatı dövriyyəyə buraxıb. Məsələnin məğzi budur. Elxan Məcidovun "Mitsubişi Pajero" markalı şəxsi avtomobilinə bağladığı "003" nömrəsinin də açılması ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyindən göstəriş gəlib. Çünki Elxan Məcidov özünə çox arxayındır. Müəyyən maraqlar müqabilində o, istədiyi zabiti seçdiyi yerə təyin edir. İlk aylarda bu, daha biabırçı şəkil almışdı. Amma artıq Zakir Həsənova bununla bağlı məlumat verilib. Ona görə də həmin şəxsin vəziyyəti çətinləşib. Nəcməddin Sadıqov onunla bağlı yaxın zamanlarda ciddi ölçü götürəcək. Dünənki məlumatdan sonra isə Müdafiə Nazirliyinin rəhbərliyi ən sərt üzünü göstərəcək. Yaxın günlərdə onun nəticəsini görəcəksiniz".

Qeyd edək ki, dünən "Musavat.com" saytında Zakir Həsənovun Prezidentə vəzifəsindən istefa verməsi ilə bağlı ərizə verdiyi barədə informasiya yayılmışdı. Müdafiə Nazirliyinin Mətbuat Xidməti isə yayılan informasiyanın heç bir həqiqəti əks etdirmədiyini rəsmi şəkildə bəyan etmişdi.

Tarix
2014.06.10 / 12:37
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

Rusiya Şıxlinski ilə bağlı qərar verdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Polşada azərbaycanlı tələbəyə hücum: Səfirliyə zəng etsəm də...

İsrailin yeni səfiri Bakıda - Video

Corc Dikin missiyası başa çatdı: Unudulmaz 6 il...

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla