Yuxarı

İlk buraxılış imtahanının nəticələri açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də keçirilmiş buraxılış imtahanının nəticələrini elan edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Axar.az-a verilən xəbərə görə, imtahanda iştirak etmiş şagirdlər imtahan nəticələri ilə tanış olmaq üçün iş nömrəsini 7727 nömrəsinə göndərə və ya TQDK-nın internet saytında http://eservices.tqdk.gov.az/netorta/ keçidinə daxil olmaqla nəticələri ilə tanış ola bilərlər.

Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan ediləcək.

Növbəti buraxılış imtahanları iyunun 13-də keçiriləcək.həmin gün respublikanın bir sıra şəhər və rayonlarının - Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavəndin orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlərin bilikləri yoxlanılacaq.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 8-də bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. İlk buraxılış imtahanı (IX və XI siniflər üçün) Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda təşkil olunub. Həmin gün eyni zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan veriblər. Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçirilib.

Tarix
2014.06.10 / 21:34
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla