Yuxarı

"Ermənistan dinc sakinləri qətlə yetirir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan terrorizmdən əziyyət çəkən dövlətdir".

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Misirin Yaxın Şərq Xəbərlər Agentliyinə müsahibəsi zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan erməni terror təşkilatları tərəfindən terrora məruz qalıb və eləcə də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində dinc sakinlər qətlə yetirilir.

E.Məmmədyarov Azərbaycanın terrorizmə qarşı beynəlxalq səyləri dəstəklədiyini və bu sahədə Misir ilə əməkdaşlığın faydalı ola biləcəyini deyib.

Nazir Elmar Məmmədyarov Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi və Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəkləyən mövqeyinin təqdir edildiyini diqqətə çatdırıb.

Nazir İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələrinin və Qoşulmama Hərəkatının münaqişənin həll ilə bağlı ifadə etdiyi mövqeyinin yüksək qiymətləndirildiyini deyib.

Müsahibə əsnasında Nazir Elmar Məmmədyarov ölkəmizin Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə Yaxın Şərq, Afrika və Asiyada humanitar layihələr həyata keçirdiyini və davamlı inkişafa və sabitliyə töhfə verdiyini bildirib.

Nazir Azərbaycanın qonşu ölkələr, Şərqi və Mərkəzi Avropa regionu və Asiyada investisiya layihələri ilə çıxış etdiyini və Azərbaycanın regionun nəqliyyat mərkəzinə çevrildiyi barəsində də ətraflı danışmışdır.

Müsahibədə E.Məmmədyarov Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq əlaqələrinin müştərək iradə və tarixi münasibətlər əsasında daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan ilə Misir arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir E.Məmmədyarov iki ölkə arasında turizm və energetika sahələri daxil olmaqla, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri barəsində ətraflı məlumat verən E.Məmmədyarov ölkəmizin qarşıdan gələn onillik ərzində inkişaf etmiş ölkələr sırasına daxil olmağa səy göstərdiyni söyləyib.

Trend

Tarix
2014.06.15 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla