Yuxarı

QHT nümayəndələri Günərzi Qayğı Mərkəzində oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
QHT nümayəndələri Günərzi Qayğı Mərkəzində oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçu Günərzi Qayğı Mərkəzinə QHT nümayəndələrinin infoturu təşkil edilib.

Axar.az xəbər verir ki, infotur iştirakçıları mərkəzdə uşaqlar üçün yaradılmış şəraitlə və göstərilən xidmətlərlə yaxından tanış olublar. Qonaqlara məlumat verilib ki, Agentliyin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 4 daimi günərzi qayğı mərkəzi fəaliyyət göstərir.

Onların məqsədi əlilliyi olan uşaqların psixososial reabilitasiyasına, onların sosial bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək göstərmək, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısını almaq, ailələrini zəruri sosial xidmətlərlə təmin etməkdir.

Mərkəzə qəbul olunan uşaqlar həftənin 5 günü, saat 09:00-dan 18:00-dək sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərlə təmin olunurlar.

Bununla yanaşı, valideynlərə uşaqlara qulluq bacarıqlarının artırılması, onların ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və inkişafının dəstəklənməsi ilə bağlı məsləhət xidmətləri göstərilir, müxtəlif təlim proqramları təşkil olunur.

İnfotur çərçivəsində iştirakçıların sualları cavablandırılıb. Onların mərkəzin fəaliyyəti, göstərilən xidmətlər və xidmətlərin inkişaf etdirilməsi ilə bağlı rəy və təklifləri dinlənilib.

Mərkəzlərin xidmətlərindən yararlanmaq istəyən şəxslər Agentliyin yerli qurumlarına və DOST mərkəzlərinə ərizə ilə müraciət edə bilərlər.

Tarix
2026.09.29 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla