Yuxarı

FHN DSX-nin Sahil Mühafizəsində təlim keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN DSX-nin Sahil Mühafizəsində təlim keçirdi

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin birgə təşkilatçılığı ilə təlim keçirilib.

Axar.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçirilən təlimə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin və DSX-nin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.

Təlimin keçirilməsində məqsəd DSX Sahil Mühafizəsinin şəxsi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.

Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, onların sualları cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Sahil Mühafizəsinin əməkdaşları tərəfindən şərti yanğına ilkin müdaxilə edilib, FHN-in yanğından mühafizə bölmələri isə operativ qaydada hadisə yerinə çataraq, “zərərçəkmişlərin təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul şəxsi heyətinə maarifləndirici materiallar təqdim olunub.

Tarix
2026.09.29 / 15:09
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla