Yuxarı

Azərbaycanın qədim yurd yerləri: Zəngəzur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur mahalı Azərbaycan türklərinin əzəli yurd yeridir, lakin 96 il əvvəl xalqımızın iradəsi əleyhinə olaraq mahalın 6 min 742 kvadratverstlik ərazisini çox hissəsinin zorla qoparılıb Ermənistana birləşdirilib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bunu oktyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində İctimai Elmlər Bölməsinin büro iclasında Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev “Azərbaycanın qədim torpağı Zəngəzurun qərbi Ermənistana verilməsi tarixindən” mövzusunda məruzəsində deyib.

Tarixçi alim məruzəsində Zəngəzurun faciəsinin XVIII əsrin sonu XIX əsrin əvvəllərindən, 1813-cü ildə “Gülüstan” və 1828–ci ildə “Türkmənçay” müqavilələrinin imzalanmasından sonra İran ermənilərinin həmin torpaqlarda yerləşdirilməsi ilə başlandığını söyləyib. Qeyd edilib ki, tarixi Azərbaycan torpağı olan Zəngəzurla birlikdə, İrəvan, Göyçə, Vedibasar və digər yurd yerlərimiz də məkrli erməni hiyləsi ilə yadlaşdırılıb.

Akademik Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Musa Qasımlı və digər çıxış edənlər ermənilərin bir əsrdən çox müddətdə müxtəlif bölgələrdə törətdikləri soyqırımların, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaratdıqları uydurmaların əsl mahiyyətindən danışıblar.

Tarix
2017.10.13 / 22:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla