Prezident İlham Əliyev 11 nəfəri Silahlı Qüvvələr Günü
münasibəti ilə ali hərbi rütbələrlə təltif edib.
Axar.az Prezidentin rəsmi saytına istinadə xəbər verir ki, 6
polkovnik general-mayor, 5 general-mayor isə general leytenant ali
hərbi rütbəsi alıb.
Prezidentin imzaladığı sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi
qulluqçularına ali hərbi rütbələr verilsin:
"General-leytenant" ali hərbi rütbəsi:
general-mayor Babayev Elşad Çingiz oğlu
general-mayor Cəfərov Eyvaz
Məmməd oğlu
general-mayor Osmanov Nizam
Ramazan oğlu
general-mayor Piriyev Heydər
Kamal oğlu
general-mayor Tahirov Ramiz
Firudin oğlu
"General-mayor" ali hərbi rütbəsi:
polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu
polkovnik Cəbrayılov Xəqani Sərdar oğlu
polkovnik Həsənov Hikmət Hüseyn oğlu
polkovnik Kazımov Vasif Ramiz oğlu
polkovnik Mazanov İlqar Abbas oğlu
polkovnik Səfərov İdris Məmməd oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2014-cü il"