Yuxarı

Fədayənin “Qoca”sı: ölkənin axtardığı avtoritet – Həyatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakıya gətirilən zaman Biləcəri dəmiryol stansiyasından qaçmağı bacaran dustaqların qaçışından 8 gün vaxt ötür. Dustaqlardan 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami qaçdıqdan 3 gün sonra Şirvan şəhərində tutuldu. Lakin əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Məmmədov hələ də azadlıqdadır.

Axar.az xəbər verir ki, axtarışı istiqamətində tədbirlər davam etdirilən E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə ittiham olunaraq həbs olunmuşdu.

Etibar Ələkbər oğlu Məmmədov 1980-ci ildə Hacıqabul rayonunda dünyaya gəlib. Uşaq yaşlarından məhbus həyatı yaşayan E.Məmmədovun kriminal aləmdə məşhurlaşmasına səbəb də bu olub. “Qoca”, “Etibar Hacıqabullu”, “Brodyaqa Etibar” ayamaları ilə məşhur olan E.Məmmədov kiçik yaşda törətdiyi cinayətə görə yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş islah müəssisəsində cəza çəkib.

Həbsxanada olduğu müddət həbsxana nəzarətçisini qətlə yetirən 18 yaşlı E.Məmmədov bundan sonra daha çox tanınıb. İndiyə qədər daşıdığı adları da məhz bu hadisədən sonra qazanıb. 18 yaşlı “Qoca”nın nəzarətçini öldürməsi əlavə olaraq 10 il həbs yatmasına səbəb olub.

“Qoca” 2008-ci ildə, 28 yaşında həbsdən azad edilib. Bu müddət ərzində o, kriminal aləmin tanınmış nümayəndələri ilə daha yaxından tanış olub. Azadlığa çıxandan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal "razborkalar”a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. "Qoca” Azərbaycanda həbsdə olan "Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifovla da türmədə tanış olub.

Lakin Qocanın azadlığı cəmi 7 il çəkib. İki il öncə - 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra yenidən həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal "razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə "Krıtıy Elvin” adı ilə tanınıb.

Hazırda məhz bu işin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılırdı. Əgər Qoca Biləcəri dəmiryol stansiyasında qaça bilməsəydi, o, 19 il müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum ediləcəkdi.

37 illik ömrünün çox hissəsini həbsdə olan Qocanın ailəli olmadığı deyilir. Lakin onun bu qaçışdan sonra müğənni Fədayə Laçınla sevgi münasibətlərinin olduğu üzı çıxdı. Hətta Qocanın həbsdən qaçmasına xanım müğənni F.Laçının kömək etdiyi də məlumdur.

Qeyd edək ki, Qoca qatardan qaçdıqdan sonra Ağstafaya gedib.

O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla ölkədən qaçmaq istəyib. Bu məqsədlə Qoca Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib. O, "Opel" markalı taksi ilə qəsəbəyə gələn zaman maşında bir nəfər qadın da olub. Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən maşın saxlanılıb. Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüblər və Qocadan sənədlərini istəyiblər. Vəziyyətin qarışdığını görə sürücü maşını geri verərək aradan çıxmağa çalışıb. Dalana girdiyi üçün çox gedə bilməyən maşından Qoca düşərək meşə tərəfə qaçıb.

Onun axtarışları davam edir.

Tarix
2017.10.31 / 15:29
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla