ATƏT Parlament Assambleyasınn (PA) Siyasi Məsələlər və
Təhlükəsizlik Komitəsinin Bakıda keçirilən iclasında Ukrayna,
Gürcüstan, ABŞ və Niderland nümayəndə heyətlərinin "Helsinki+40:
Hər bir insanın təhlükəsizliyinə doğru" qətnamə layihəsinə təklif
etdikləri və Rusiya nümayəndə heyətinin etirazı ilə qarşılanan
14-cü düzəliş səsverməyə çıxarılaraq qəbul edilib.
Düzəlişdə Rusiyanın hərbi fəaliyyəti səbəbindən təhlükəsizlik
məsələləri üzrə yaranan narahatlığın aradan qaldırılmasının
vacibliyi qeyd edilir. Eyni zamanda Rusiyanın dialoq və
əməkdaşlıqdan imtina etməsindən təəssüf hissi ifadə olunur.
İclasdan sonra Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin
sədr müavini, büro üzvü Azay Quliyev jurnalistlərə açıqlamasında
deyib ki, düzəliş olduğu kimi qəbul edilib. O, Siyasi Məsələlər və
Təhlükəsizlik Komitəsinin günün ikinci yarısında bu düzəlişin də
əksini tapdığı layihəni bütövlükdə müzakirəyə çıxaracağını
söyləyib.
APA