Yuxarı

Diplomatımızın Ankarada döyülməsinə reaksiya – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diplomatımızın Ankarada döyülməsinə reaksiya  – Rəsmi

Azərbaycan diplomatı Ankarada döyülməyib.

Bu barədə Axar.az-a Azərbaycanın Türkiyədəki Səfirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Səfirliyimiz bu gün mediada yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

"Diplomatımızın döyülməyi ilə bağlı yayılan məlumat yanlışdır və həqiqətlə heç bir əlaqəsi yoxdur".

Qeyd edək ki, bir az öncə "Virtualaz.org" saytında Azərbaycan yüksək rütbəli diplomatı ilə Türkiyə polisi arasında əlbəyaxa dava düşdüyü haqqında məlumat yayılmışdı. Məlumata əsasən, türk nəqliyyat polisi Ankarada patrul xidməti həyata keçirərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozan və ötmə qaydalarına əməl etməyərək qəza vəziyyəti yaradan diplomatik nömrə nişanlı avtomobili saxlayıb. Polis sürücüdən sənədləri tələb edib. Sürücü Azərbaycanın Türkiyədəki səfirliyində diplomat olduğunu bildirib, diplomat olduğunu göstərən sənədləri göstərib. Daha sonra sürücü özünün və avtomobilinin diplomatik immunitetə malik olduğunu bəyan edərək polisin onu saxlamağa ixtiyarının olmadığını deyib və yoluna davam etmək istəyib.

Lakin polislər diplomata bildiriblər ki, yol hərəkəti qaydalarının pozulması barədə protokol yazmadan avtomobili buraxa bilməzlər. Azərbaycanlı diplomat buna qəzəblənib, diplomatik qaydalara görə, özünün və avtomobilinin toxunulmazlığının olduğunu bir daha bildirib və polislərə sərt reaksiya verib. Nəticədə polislə diplomat arasında mübahisə başlayıb, diplomatla polis əlbəyaxa olub.

Sayt hadisədən dərhal sonra Azərbaycanın səfirliyin Türkiyə XİN-i ilə əlaqə yaratdığını bildirib. Türkiyə rəsmiləri isə diplomatdan üzr istəyərək, hadisənin ən xırda detallarına qədər araşdırılacağını deyiblər.

Tarix
2014.06.30 / 12:53
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla