Yuxarı

Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto

Tiktok fenomeni kimi tanınan İlduzə Hacıyevanın (Arzum) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovla bağlı yeni məlumatlar ictimai müzakirələrə səbəb olub. Mərhumun əvvəllər xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edildiyi iddia edilir.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, ABŞ-da yaşayan jurnalist Qənirə Ataş sosial şəbəkə hesabında məhkəmə sənədləri paylaşaraq Amal Məlikovun keçmiş məhkumluqları barədə məlumat yayıb.

Paylaşılan sənədlərə əsasən, Amal Məlikov 2021-ci ildə xuliqanlıqla bağlı cinayət işi üzrə təqsirli bilinib. Məhkəmə materiallarında onun başqa bir şəxslə birlikdə ictimai qaydanı kobud şəkildə pozmaqda, mübahisə və zor tətbiqi ilə müşayiət olunan hadisədə iştirak etməkdə günahkar sayıldığı qeyd olunur. pizza sifarişi

Bundan başqa, yayılan sənədlərdə bildirilir ki, 2022-ci ildə Amal Məlikovun üzərindən 2,262 qram heroin aşkar edilib. Bununla əlaqədar o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onun narkomaniyadan məcburi müalicəyə cəlb olunması barədə qərarın verildiyi göstərilir.

Qeyd edək ki, son günlər ölkə gündəmini zəbt edən qəza işi üzrə məhkəmə qərarı ilə Tiktok fenomeni Arzum kimi tanınan İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Amal Məlikovla bağlı yayılan məhkəmə sənədləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bununla belə, hüquqşünaslar xatırladırlar ki, qəzada həyatını itirən şəxsin keçmiş məhkumluğu həmin yol-nəqliyyat hadisəsi üzrə məhkəmə tərəfindən qiymətləndirilmiş faktları və çıxarılmış hökmü dəyişdirmir.

Tarix
2026.07.04 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla