Yuxarı

Bakıda lazeroloqu öldürməyə çalışan şəxsin cəzası bəlli oldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda lazeroloqu öldürməyə çalışan şəxsin cəzası bəlli oldu

Bakıda tanışı olan lazeroloq qadını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

İttihama görə, Samir Həsənov tanışı Cahan Çələbiyeva ilə aralarında yaranmış mübahisəyə görə onu döyərək, müxtəlif bədən xəsarətləri yetirib.

C. Çələbiyeva bununla bağlı polisə şikayət edib. S.Həsənov saxlanılıb.

Daha sonra S. Həsənov qisas almaq məqsədi ilə 2025-ci ilin 7 noyabr tarixində C. Çələbiyevanın lazeroloq kimi çalışdığı Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gözəllik salonuna gələrək, kəsici-deşici alətlə ona müxtəlif xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan C.Çələbiyevanı xilas etmək mümkün olub.

Təqsirləndirilən S.Həsənov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Tarix
2026.08.13 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla