"Ermənistanda yaxşı anlayırlar ki, Rusiyanın istəklərinə
qarşı çıxmaq olmaz".
Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni politoloq Akop
Badalyan çıxış edib. O, Putinin Azərbaycan vasitəsilə Qafqazda
möhkəmlənməyə çalışdığını deyib:
"Son günlər rus diplomatlarının Bakıya səfəri Qarabağ ətrafında
danışıqların intensivliyindən xəbər verir. Putin İlham Əliyevi
Avrasiya İttifaqına cəlb etməyə çalışır. Çox güman ki, Moskva Bakı
ilə Qarabağda öz sülhməramlılarını yerləşdirməklə nə qədər rayonun
Azərbaycana qaytarılması məsələsi ilə əlaqədar danışıqlar aparır.
Bəs Avrasiya İttifaqına üzvlük danışıqlar predmetidirmi? Rusiya
Azərbaycanın üzvlüyü məsələsində heç bir narazılıq göstərmir. Amma
Putin anlayır ki, bu, yalnız Türkiyə və Qərbin Avrasiya İttifaqına
Azərbaycanı itələyəcəyi təqdirdə mümkün olacaq. Görünür, Ankara
məhz bu məsələ ətrafında Moskva ilə danışıqlar apararaq, Bakı üçün
nə isə sövdələşmək istəyir. Azərbaycanı öz təşkilatına cəlb etməklə
Moskva Qafqazda öz mövqelərini tam gücləndirməyə çalışır. Bunun
üçün isə Rusiya mütləq Qarabağa qoşun yeritməlidir. İlham Əliyev
Rusiyanın bu istəyi qarşısında müxtəlif manevrlər etməklə ölkəsini
qoruyur. İrəvan isə çarəsiz şəkildə prosesi izləyir. Ermənistanda
yaxşı anlayırlar ki, Rusiyanın istəklərinə qarşı çıxmaq olmaz.
İrəvanın məsələyə tərs reaksiyası hakimiyyətin təcili şəkildə
dəyişdirilməsi ilə nəticələnəcək. Görünür, Qarabağ və Ermənistanın
ATƏT-ə müraciəti də son xilas çağırışıdır".