Yuxarı

Prezident seçkilərə yeni komanda ilə gedir – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısının növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verdiyi sərəncamı çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, konstitusiyanın norma və prinsiplərinə tamamilə uyğun olan bu qərar çox mühüm hüquqi, siyasi məsələlər nəzərə alaraq verilib.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında verdiyi sərəncamla bağlı danışan millət vəkili Zahid Oruc deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanda on illər ərzində hakimiyyətin formalaşması bilavasitə xalqın iradəsi ilə gerçəkləşir:

“Daha artıq meydan və küçə mübarizələri buraya təsir göstərə bilmir, eyni zamanda, xaricdən hansısa ssenarilər əsasında dövlətin gələcəyi müəyyənləşmir. Belə olan təqdirdə biz burada istər ali icra hakimiyyətinin, istər qanunverici orqanın, istərsə də digər təsisatların formalaşmasında dəqiq hüquqi çəriçivə və prinsipləri görməkdəyik. Ancaq burada da diqqət yetirdikdə ona şahidik ki, bir zaman ardıcıllığı mövcuddur. Yəni prezident seçkiləri 5 ildən bir keçirilməklə digər hakimiyyət orqanları uğrundakı mübarizəyə mənfi təsir etməsin. Çünki bildiyiniz kimi seçki maraqların toqquşduğu bir hadisədir. Burada müxtəlif qüvvələrin mənafeləri üz-üzə gəlir. Belə olan təqdirdə bir neçə hakimiyyət qolu ilə bu cür çarpazlaşma hər bir halda siyasi hakimiyyətin dayanıqlılığına mənfi təsir göstərə bilər. O üzdən xatırlayırsınızsa, bir ay öncə belə bir açıqlama ilə çıxış etmişdik ki, son referendumda xalqın iradəsi ilə prezidentlik müddətinin 7 ilə çatdırılması gələcəyə diqqətlə baxmağa təhrik edir. Belə olan şəraitdə 2025-ci ildə iki seçkilərin arasında qısa bir müddət, yəni 1 ay fasilə olur ki, bu da mənfi bir hal kimi dəyərləndirilə bilər. O üzdən ölkədə bütün prosesləri nəzərə alaraq prezident seçkilərinin müddətini bir qədər irəliyə çəkilməsi düzgün addımdır”.

Z.Oruc hesab edir ki, ölkə başçısının verdiyi qərar çox mühüm məsələləri özündə ehtiva edir:

“Bir tərəfdən Azərbaycanın regional və beynəlxalq miqyasdakı əlaqələri hesablanıb, həmçinin hüquqi cəhətdən bu kampaniyada iştirak etmək istəyənlərə də qanunvericilik üzrə verilən o 3 aylıq müddət tamamilə qeyd etdiyimiz situasiyada özünü doğruldur. Yəni kiminsə qəfil yaxalanmasından, onların bu seçkiyə qeyri-hazırlıqlı bir vəziyyətdə elan olunmasından da danışmaq mümkün deyil. Çünki hakimiyyətə iddia edən qüvvələr 25 ildən artıqdır ki, müxalifətdə qarıdıqlarını, elə oradan da təqaüdə getikdlərini söyləyirlər. Bunlar üçün məgər prosesin oktyabrda gerçəkləşməsi ayrı bir situasiya yaradacaqdı?! Yəni məsələ liderin gücündədir, sadəcə inzibati resurslar iqtidar tərəfdədir və buna görə də müxalif camiənin nə maliyyə, nə elektoral, nə komanda gücü bu məsələdə işləri tam görə bilməyib nəzəriyyəsi özünü doğrultmur. O mənada ki, müxalifət bütün vəziyyətlərdə Prezident İlham Əliyevlə müqayisə olunmayacaq dərəcədə zəifdir”.

Millət vəkili bildirib ki, belə olan təqdirdə burada gələcək hakimiyyətin formalaşmasında hər hansı bir hüquqi prosedurun pozulmasından da danışmaq mümkün deyil:

“Əlbəttə, nəzərə almalıyıq ki, kimsə prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsinə qarşı olmaya da bilər. Bu mövqelər də bizdə dilə gətirilmişdi. Ancaq ABŞ-da Konqres və prezidentin seçilməsində mövcud olan praktika yüz illərlə yol keçib, yalnız ondan sonra bu proses qərarlaşıb, sabitləşib. Hesab edirəm ki, Azərbaycanda da belə olacaq. Yəni Prezident İlham Əliyev seçkilərin vaxtını elan etməklə bütün qüvvələrə çağırış edib. Azərbaycan xalqı bu prosesə hazırdır. Son illər ərzində hökumətdə də aparılmış yeniləşmə prosesi sübut edir ki, Prezident İlham Əliyev seçkilərə əslində yeniləşmiş komanda ilə gedir. Ona görə də bu prosesi alqışlayıram və hesab edirəm ki, Azərbaycan cəmiyyəti də məsələyə belə yanaşacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Tarix
2018.02.05 / 15:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla