Yuxarı

Nisə Qasımova şəhid əsgərlə çəkdirdiyi şəkildən danışdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nisə Qasımova şəhid əsgərlə çəkdirdiyi şəkildən danışdı - Foto

"Şəhid Qaryağdı Əhmədovla olan şəkil N saylı hərbi hissədə əsgərlərə konsert verən zaman çəkilib".

Bu sözləri Axar.az-a sosial şəbəkələrdə şəhid Qaryağdı Əhmədovla çəkdirdiyi şəkli paylaşılan Nisə Qasımova deyib. O, bildirib ki, Ağdamdakı N saylı hərbi hissədə konsert verərkən əsgərlərlə bir-bir, iki-iki çoxlu şəkillər çəkdirib:

"Onlar mənə yaxınlaşaraq sənətimin, səsimin pərəstişkarı olduqlarını bildirirdilər. Elə əsgərlər də olub ki, onlar hərbi xidməti bitirdikdən sonra məni öz toy məclislərinə dəvət ediblər, mən də həmin məclislərdə məmnuniyyətlə iştirak etmişəm. Şəhid Qaryağdı Əhmədovla da şəkil çəkdirdikdən sonrta istədim deyəm ki, inşallah toyunda iştirak edərəm, amma söz boğazımdan qayıtdı."

Əsgərin şəhid olması xəbərini televiziyadan eşitdikdən sonra çox kədərləndiyini deyən müğənni, həmin səhnəni xatırlayaraq çox pis olduğunu bildirdi:

"Elə bil ki, həmin vaxt ürəyimə dammışdı. Televiziyada şəkli görən kimi tanıdım, uzun müddət özümə gələ bilmədim".

Tarix
2014.08.08 / 15:51
Müəllif
Nihat Cəbrayıl
Digər xəbərlər

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Canlı

Mehriban Əliyeva və Əminə Ərdoğan əl-ələ... - Video

İlham Əliyev Ərdoğanı Şuşaya özü apardı - Foto

Prezident Ərdoğanın səfəri ilə bağlı görüntülər paylaşdı

Türkiyə DİN də Azərbaycanı təbrik etdi

İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilir

Ərdoğanın Şuşada qarşılanma mərasimi - Video

Şimali Kipr də Azərbaycanı təbrik etdi

Şuşada Ərdoğanın qarşılanmasına hazırlıq – Video

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla