Yuxarı

Kremldən şok: Soçidə Qarabağ müzakirə olunmur - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremldən şok: Soçidə Qarabağ müzakirə olunmur - Foto

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarılmayacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının saytında (www.kremlin.ru) belə göstərilib. Saytın Prezident Putinin avqustun 9-da keçirəcəyi görüşlərlə bağlı bölümündə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı ölkəmizlə iqtisadi əlaqələrin genişləndirilməsi, Serj Sərkisyanla isə bu ölkənin Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsinin gündəmə gətiriləcəyi göstərilib.

Müzakirəsi aparılacaq məsələlər sırasında Dağlıq Qarabağ probleminin adı bir kəlmədə belə keçmir.

Xatırladaq ki, Putinin təşəbbüsü ilə qısa müddətdə planlaşdırılan Soçi görüşündə əsas məqsədin Ermənistan-Azərbaycan təmas xəttində son günlər atəşkəsin ciddi şəkildə pozulması və hər iki tərəfin itkilərinin artması olduğu bildirilirdi. Hətta Rusiyanın Kremlə bağlı "Nezavisimaya qazeta" dərgisi Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana qaytarılma məsələsinin də Soçidə reallaşa biləcəyini şərh etmişdi.

Tarix
2014.08.09 / 01:37
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

İlkin nəticələr açıqlandı: Orban uduzdu

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla