Yuxarı

Azərbaycanlılar Qarabağa kiber hücuma keçdilər - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Azərbaycanın "Anti-armenia team" haker qrupu separatçı "Dağlıq Qarabağ respublikası"na qarşı kiber hücum həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə məlumat "Anti-armenia Team" haker qrupunun Feysbuk səhifəsində yerləşdirilib. Hücum nəticəsində qondarma rejimin bir sıra nazirliklərinin rəsmi saytı sıradan çıxarılıb. Sözügedən saytlarda haker qrupu tərəfindən hazırlanmış xüsusi foto yerləşdirilib. Fotoda son günlər cəbhə xəttində şəhid olan əsgərlərimizin adları və Ermənistan prezidenti Serj Sarkisyana ünvanlanmış müraciət yer alıb:

"Ey Sarkisyan! Bu gün erməni diverstant diz çökür qəhrəmanımın, əsgərimin önündə. Az qalıb, sən də diz çökəcəksən Ali Baş Komandanımın, əsgərimin, zabitimin, Azərbaycan xalqının önündə!"

Sıradan çıxarılmış saytlarda Azərbaycan Respublikasının Dövlət Himni də səsləndirilib.

Xatırladaq ki, eyni qrupun hakerləri tərəfindən bir neçə gün əvvəl də Ermənistan prezidentinin rəsmi saytı (president.am) başda olmaqla, bir sıra dövlət saytları dağıdılmışdı. Bütün əlavə məlumatlar "Anti-armenia Team" haker qrupunun rəsmi saytı və Feysbuk səhfəsində yerləşdirilib.

Sıradan çıxarılmış saytlar:

http://moh.nkr.am/ (Qondarma rejimin səhiyyə nazirliyi)

http://mnp.nkr.am/ (Qondarma rejimin ekologiya və təbii sərvətlər nazirliyi)

http://kashaman.moh.nkr.am/ (Qondarma rejimin ekologiya və təbii sərvətlər nazirliyi)

Mirror görüntüləri:

http://www.zone-h.org/mirror/id/22777316

http://www.zone-h.org/mirror/id/22777315

http://www.zone-h.org/mirror/id/22777317

Tarix
2014.08.13 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla