
Gecələr qarabaşaqla qatıq faydalıdırmı?
01:55
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Bryansk və Kursk vilayətlərində dəmir yolunda baş verən partlayışlar terror aktıdır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko məlumat yayıb.
"İstintaq Komitəsi sədrinin göstərişi ilə Baş İstintaq İdarəsi Bryansk və Kursk vilayətlərində dəmir yolunda baş vermiş partlayışlarla bağlı cinayət işlərini qəbul edib. Bu hadisələr terror aktları kimi təsnif edilib”, - Petrenko bildirib.
Qeyd edək ki, bu gün gecə saatlarında Rusiyanın Bryansk vilayətində körpünün partlaması nəticəsində 388 sərnişinin olduğu qatar qəzaya uğrayıb. Qəza nəticəsində 7 nəfər ölüb, 70-ə yaxşın şəxs yaralanıb.
Kursk vilayətində də yük qatarının keçdiyi körpünün uçması nəticəsində qəza baş verib.
Tarix
2025.06.01 / 14:01
|
Müəllif
Axar.az
|