Yuxarı

Dövlətə məxsus 5 səhmdar cəmiyyət hərraca çıxarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyunun 10-u, 11-i, 18-i və 24-də hərraclar keçirəcək.

Bu barədə Axar.az-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 53 nəqliyyat vasitəsi və 4 texnika çıxarılıb.

İyunun 10-da keçiriləcək hərraca “Azinterservis”, “Cəlilabad Şərab”, “Daşkəsən Aqrotexservis”, “Zabrat Tikinti Quraşdırma” və “Bərdə Kəndkimya” səhmdar cəmiyyətlərinin səhm paketləri çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 87.385 manatla 886.154 manat arasında dəyişir.

İyunun 11-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri isə 1991-2013-cü illəri əhatə edir.

İyunun 18-də keçiriləcək hərraca 15 nəqliyyat vasitəsi və 4 texnika çıxarılıb. Avtomobillərin buraxılış tarixləri isə 2002-2014-cü illəri əhatə edir.

İyunun 24-də keçiriləcək hərraca isə 4 lot üzrə 26 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri isə 1990-2014-cü illəri əhatə edir.

Tarix
2025.06.02 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Əfqanıstanın müvəqqəti işlər vəkili ilə görüşdü - Foto

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Ermənistan Bakıya uçuşların sayını açıqladı

Qarabağ zəfərinə qarşı çıxan iş adamı oğurlandı - Video

“Hörümçək toru”: PUA-lar Rusiya sistemi ilə idarə olunub

Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?

Azərbaycanla əlaqələr dərin kökə malikdir - Netanyahu

Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla