Yuxarı

Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?

Hakan Fidan Rusiya və Ukraynanın İstanbul danışıqlarının növbəti raundunun keçirilməsi üzrə razılığa gəldiyini açıqlayıb. Bunun fonunda tərəflərin qarşılıqlı hücumları müşahidə edilir: “Hörümçək toru” əməliyyatından sonra Rusiya Odessa, Çerniqov, Xarkov və Suma hücum etdi, daha sonra Ukrayna Krım körpüsünü bombaladı.

Baş verənlər tərəflərin “müzakirə və müharibə” taktikasından istifadə etdiyini göstərir və əsas hədəf masadakı vəziyyəti öz xeyirlərinə dəyişməkdir. Hansı tərəfin buna nail olacağı isə müəmmalı olaraq qalır.

- Rusiyanın İstanbulda təqdim etdiyi memorandum Ukraynanın “təslim aktı” idi və Kiyevin bunu qəbul etməsi mümkün deyil, hətta Zelenski hakimiyyətdən getsə belə.

- Ukrayna son hücumları ilə təslim olmayacağını və müqavimət qabiliyyətinin qaldığını nümayiş etdirdi.

Bu situasiyada həlledici rolu ABŞ-ın mövqeyi oynayacaq. Ki, daha öncə Zelenskini təslim olmağa çağıran Tramp administrasiyasının son dövrlər ritorikasında dəyişiklik müşahidə edilir, xüsusilə Kiyevlə “resurs anlaşması”ndan sonra. Mümkündür ki, Rusiya maksimalist tələblərini müəyyən qədər loyallaşdırsın, əslində Moskvanın barı yüksək tutması ən azı istəklərinin bir qisminin – zəbt etdiyi ərazilər üzərində nəzarətinin qəbul edilməsi, NATO-nun genişlənməməsi və s. qəbul edilməsinə hesablanmış diplomatik manevr – güzəştlər əldə etmək üçün “güzəşt” taktikası kimi də görünür. Hərçənd, bunun tezliklə baş verəcəyi sual altındadır, Moskva vəziyyətə hələki nəzarət etdiyini düşünür. Bu konteksdə diplomatik danışıqlara paralel şəkildə qarşılıqlı hücumların davam edəcəyi görünür.

Tarix
2025.06.04 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Meksika Azərbaycana hərbi attaşe təyin etdi

Azərbaycanın bu ölkədə səfirliyi açıldı

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

Şahramanyan Bakıya hansı məlumatları ötürüb? - Yeni faktlar

Əli Əsədov Türkmənistanda səfərdədir

İki gömrük işçisi ölkədən qaçdı - Şok

İlham Əliyev türkmənistanlı həmkarına məktub göndərdi

Siyartodan Azərbaycanla bağlı açıqlama

Usubov oğlunun həbsindən danışdı

Ceyhun Bayramov Macarıstan prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla