Yuxarı

Məhkəmədə qardaşının boşanmış arvadını bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmədə qardaşının boşanmış arvadını bıçaqladı

Göygöl Rayon Məhkəməsində qadın bıçaqlanıb.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, hadisə ailə münaqişəsi üstündə baş verib.

Rayon sakini Edman Ağayev (soyad şərtidir) ailəsindən ayrılmış qardaşının xahişi ilə onunla birlikdə Göygöl Rayon Məhkəməsinə gedib. Səbəb Edmanın qardaşının uşağını görməsi üçün məhkəmə icrasına şikayət etmək olub.

Edman qardaşı ilə məhkəmənin binasına daxil olarkən orada qardaşının keçmiş həyat yoldaşı Türkan Rzayevanı görüb.

Edman əsəbiləşərək qadını söyüb və məhkəmə foyesində mübahisə yaranıb.

Mübahisə nəticəsində Edman üzərində gəzdirdiyi bıçaqla T.Rzayevaya hücum edib. Lakin məhkəmə icraçıları onun bu cəhdinin qarşısını alıb. Əsəbləri soyumayan Edman əlindəki bıçağı qadına atıb. Bıçaq T.Rzayevanın ayağına dəyib və o, xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə E.Ağayev 2 il 6 ay azadlıqdan məhrum edilib.

Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək E.Ağayevə 1 il 6 ay sınaq müddəti olmaqla şərti cəza verib.

Tarix
2025.06.04 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla