Yuxarı

Qobustan həbsxanası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar Xidmət Qobustan həbsxanasında kütləvi aclıq aksiyasının keçirilməsi, bir neçə məhkumun müəssisə rəisinin sərt davranışına etiraz əlaməti olaraq özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərləri təkzib edir.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri barədə tamamilə əsassız, həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır. Bir neçə gün bundan əvvəl Qobustan həbsxanasında guya kütləvi aclıq aksiyasının keçirilməsi, ardınca orada bir neçə məhkumun müəssisə rəisinin sərt davranışına etiraz əlaməti olaraq özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərlər məhz bu qəbildəndir.

Penitensiar Xidmət bu cür əsassız məlumatların rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayıldığını dəfələrlə bəyan edib.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin xüsusi tapşırığına əsasən həbsxanada cəza çəkən məhkumların ailə üzvləri və yaxınları ilə görüş zamanı qaldırılmış məsələlərlə bağlı xidmətin aidiyyəti qurumları tərəfindən müvafiq araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində müəyyən olunub ki, həqiqətən rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən digər cəza çəkənlərin ailə üzvlərində təşviş yaratmaq məqsədilə həbsxanada aclıq aksiyası keçirilməsi və məhkumlarla kobud davranış barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. 25.08.2014-cü il tarixdə bir neçə məhkumun özünə xəsarət yetirməsi barədə yayılan növbəti həqiqəti əks etdirməyən xəbər də məhz cinayətkar aləmin sifarişlərinin nəticəsidir.

Penitensiar Xidmət bir daha qeyd edir ki, cəzaçəkmə müəssisələri cəmiyyətin bir hissəsidir: "Bu gün üzvü olduğumuz cəmiyyətdə firavanlıq, əmin-amanlıq, qayda-qanun hökm sürürsə, cəzaçəkmə müəssisələrində özbaşınalığın, hərc-mərcliyin mövcud olması mümkünsüzdür. Penitensiar Xidmət tabeliyində olan bütün cəzaçəkmə müəssisələrini tam nəzarətdə saxlayır və cəza çəkənlərlə bağlı narahatlığa heç bir ciddi əsas olmadığını bəyan edir. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi kütləvi informasiya vasitələri ilə sıx əlaqə saxlayır, cəzaçəkmə müəssisələrində baş verən hər hansı fövqəladə hadisə barədə öz rəsmi saytı vasitəsilə ictimaiyyətə bəyan edir və bundan sonra da edəcək".

Tarix
2014.08.25 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla