Yuxarı

Rusiya-Ukrayna müharibəsi başladı – Tanklar sərhədi keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya-Ukrayna müharibəsi başladı – Tanklar sərhədi keçdi

Rusiya hərbi qüvvələri Taqanroq istiqamətindən Ukrayna sərhədini keçərək, ölkənin içərilərinə doğru irəliləyirlər.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Roman Boçkala sərhədçilərə istinadən məlumat verib.

"Rusiya ordusu Taqanroq istiqamətindən Ukrayna sərhədini keçiblər. Bu barədə həmin ərazidə olan sərhədçilər, könüllü batalyonun döyüşçüləri xəbər verib. Rusiya tərəfdən 30 tank, zirehli texnika və canlı qüvvə sərhədi keçib. Onlar artıq Ukrayna ərazisinin 8 kilometrliyinə qədər irəliləyiblər və hazırda 6 sərhədyanı kəndi ələ keçiriblər", - Boçkala yazıb.

İşğalçılar ələ keçirdikləri ərazilərdə 3 tank və 2 BTR-dən ibarət blok-postlar qurur. Yerli əhaliyə onları dəstəkləmək üçün müəyyən vədlər verirlər və bildirilər ki, qarşıdakı vaxtlarda onların öz respublikaları olacaq.

Ukrayna hərbçiləri bundan çox narahatdırlar və əlavə kömək gəlməsə vəziyyət daha da gərginləşəcək, Mariupol və digər şəhərlərə ciddi təhlükələr yaranacaq.

Tarix
2014.08.27 / 17:17
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla