Yuxarı

Prezident iki nazir müavini təyin etdi - Sərəncam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident iki nazir müavini təyin etdi - Sərəncam

İqtisadiyyat naziri Şahin Mustafayevə iki müavin təyin edilib.

Axar.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov nazir müavini təyin ediliblər.

APA xəbər verir ki, Şirzad Abdullayev 1970-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə, Bakı Dövlət Universitetini hüquqşunas ixtisası üzrə bitirib. Almaniya Federativ Respublikasında Berlin İqtisadiyyat Məktəbi və Almaniya Tətbiqi Elmlər İnstitutunda əlavə təhsil alıb. Ş.Abdullayev uzun müddət bank sistemində işləyib, 2003-2008-ci illərdə Mərkəzi Bankın Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi, 2008-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olub.

İqtisadi elmləri doktoru, monoqrafiyaların, dərs vəsaitlərinin müəllifi, Azərbaycan Dövlət İqtisad Universitetinin professorudur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” və“Tərəqqi” medalları ilə təltif edilib.

R.Məmmədov isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, Almaniyanın Drezden Texniki Universitetində Avropa inteqrasiyası hüququ ixtisası üzrə magistr təhsili alıb. O, 2007-2010-cu illərdə Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunda icraçı direktor, 2010-cu ildən İqtisadiyyat Nazirliyində şöbə müdirinin müavini, 2011-ci ildən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) müxtəlif vəzifələrdə çalışıb, son təyinatdan əvvəl isə AZPROMO-nun rəhbəri olub.

Tarix
2018.06.02 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla