Yuxarı

Separatçılar sülh şərtlərini açıqladılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Separatçılar sülh şərtlərini açıqladılar

Qondarma Luqansk və Donetsk respublikalarının nümayəndələri Minskdə aparılan müzakirələr zamanı öz şərtlərini irəli sürüblər.

Axar.az xəbər verir ki, müzakirələr zamanı qondarma respublikaların nümayəndələri Kiyevi onların xüsusi statuslarını tanımağa çağırıblar.

Əvəzində isə separatçılar Ukraynanın vahid siyasi bütövlüyünü saxlamağa söz veriblər.

Qondarma respublika nümayəndələri anti-terror əməliyyatlarının dayandırılması və siyasi məhbusların azad olunması, azad seçkilərin keçirilməsi və rus dilinə xüsusi status verilməsi tələbini irəli sürüblər. Öz silahlı birləşmələrinin yaradılması və prokuror və hakimlərin özləri tərəfindən təyin olunması da separatçıların irəli sürdükləri təkliflər sırasında olub.

Separatçıların irəli sürdüyü ən maraqlı təklif isə xarici ticarət məsələsində Rusiya və Gömrük İttifaqı ilə münasibətlərin nizama salınmasıdır.

Qeyd edək ki, görüş Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, ATƏT-in Ukrayna məsələləri üzrə müşaviri Haydi Talyavini eləcə də, qondarma Donetsk Xalq Respublikasının baş nazirinin müavini Andrey Purqin arasında keçirilib.

Tarix
2014.09.01 / 18:31
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla