Yuxarı

“Oazis” davasından yeni şok video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşı tərəf də restoran rəhbərliyinə qarşı yeni videofakt ortaya qoydu.

"Bizi sözün əsl mənasında təklədilər və tapdaladılar"

Musavat.com xəbər verir ki, "Oazis" restoranında baş vermiş məlum qanlı davanın izləri davam edir. Az qala hər dəqiqə bu istiqamətdə yeni xəbərlər üzə çıxır. Baş vermiş davanın iştirakçılarından olan (ad gününü keçirən qrup üzvlərindən biri) Vasif Şəfiyev restoran rəhbərliyinin insidentlə bağlı mediaya verdiyi açıqlamaları təkzib etməklə yanaşı, ortaya fakt qoyub. Həmin faktda V.Şəfiyev ad gününün detallarını açıqlayıb, habelə dava ilə bağlı restoran rəhbərliyinin yaydığı videonu saniyə-saniyə alt yazılarla şərh edib.

V.Şəfiyev aşağıda seyr edəcəyiniz videonu sosial şəbəkədə paylaşaraq aşağıdakıları yazıb: "Bu da yığdığımız və hələlik üzdə olan video. Məncə, burda hamı istədiyi suala cavab tapa bilər. Heç də 10 içkili kişi yox, tam ailə üzvlərimiz var. Bizi sözün əsl mənasında təklədilər və tapdaladılar. Mediadan xahiş edirik ki, paylaşma edəndə hər şeyə diqqət etsinlər. Bəzi ailə şəkillərini məlum məsələlərə görə paylaşa bilmirik. Amma lazım olan vaxt təqdim edə bilərik. Zaur Əsgərovun (məclis iştirakçılarından biri) sonda yerə yıxılmasına diqqət etmənizi xahiş edirəm. Bu anda yanda olan bacımızı necə itələdiklərinə də fikir verin. Əsl Azərbaycan kişisinə xas olan hərəkət budur? Bəs deyirdik Xocalıda erməni şərəfsiz qadın-qıza ilişir, bunlar kimdən törəmədilər?!"

V.Şəfiyev daha sonra yazıb ki, digər kadrda isə Ravid Abdullayev (məclis iştirakçılardan digəri) də yerdə özünü itirmiş halda uzanıb: "Emil Tumasov da həmçinin Ravidin yanında sürünür".

Tarix
2014.09.05 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla