Yuxarı

Ermənilərin Araz terroru son həddə çatıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araz çayının çirkləndiricilərinin davamlı formada ölçülməsi barədə İranla Ermənistan arasında anlaşma sənədi imzalanmasına baxmayaraq, bu çirkləndirmələr hələ də davam edir.

Bu barədə İranın Ətraf Mühit və Ekologiyanı Mühafizə Təşkilatının sədri Məsumə Ebtekar məlumat verib. Bildirib ki, Ermənistan bu çirkləndiricilərin qarşısını almalı və bu çayın təmizlənməsinə çalışmalıdır.

Araz çayının çirkləndirilməsi Azərbaycan əhalisi üçün də ciddi təhlükə doğurur. Onun əhatə etdiyi cənub rayonlarında, xüsusilə Naxçıvan Muxtar Respublikasında Arazın suyundan həm suvarmada, həm də məişətdə istifadə edilir. Bu regionda sutəmizləyici qurğuların zəif olmasını nəzərə alsaq, çayın insanlara necə zərbə vurduğunu anlamaq olar.

Monitorinqin nəticələri dəyişmir

Qeyd edək ki, Ekologiya Və Təbii Sərvətlər Nazirliyi Araz və digər transsərhəd çaylarda daimi monitorinqlər aparır və hər 10 gündən bir nəticələri açıqlayır. Məsələ ilə bağlı Axar.az-a danışan Nazirliyin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova ən son rəqəmləri açıqlayıb:

"Sentyabrın 1-nə olan məlumata görə, fenollar Araz çayı üzrə Horadizdə yol verilən qatılıq həddindən 3,7 dəfə, I Şahsevəndə 3,4 dəfə, Bəhramtəpədə isə 3,2 dəfə artıq olub. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib".

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə edilib.

Sərhəddə vəziyyət daha pisdir

Prosesin on illərdir davam etdiyini deyən M.Avazova Araz çayını Ermənistan və İran ərasizində daha çox çirkləndiyini deyib:

"Bu, bilavasitə sərhəddə apardığımız monitorinqin nəticələridir. Dəqiq bilirik ki, yuxarı axınlarda suyun çirklənməsinin qarşısını almaq üçün tədbirlər görülmür. Bu da əsasən, Kür və Araz çaylarında sənaye tullantılarından çox məişət suları üstünlük təşkil edir. Ermənistan və İran ərazisində Araz daha çox çirklənir. İstifadə olunan su təmizlənmədən çaya axıdılır və nticədə kimyəvi maddələrin normadan çox olduğu üzə çıxır. Azot, fosfor birləşmələri sərhəddə daha çox olur".

Qeyd edək ki, transsərhəd çaylarda şirklənmə xroniki formada qalmaqdadır. Həmin çayların yuxarı axınlarında – Tiflis və İrəvan şəhərlərində sənaye və məişşt sularının təmizlənmədən çaylara axıdılması bu gün də davam edir. Prosesin qarşısını almaq yollarına gəlincə, M.Avazova bu sahədə danışıqlar aparıldığını qeyd edib:

"Avropa İqtisadi Komissiyasının Cənubi Qafqaz ölkələrində dialoq layihəsi var. Həmin layihə çərçivəsində Gürcüstanla danışıqlar aparılır. Artıq Kür çayının davamlı istifadəsinə dair saziş layihəsi hazırlanıb və sənədin detalları müzakirə edilərək dəqiqləşdirilib. Sazişin gələn ilin əvvəllərində imzalanması gözlənilir. Bundan sonra Kür çayının suyunun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində hər iki ölkə bacardığı qədər işlər görəcək".

Ermənistan məsuliyyətdən yayınır

Bəlli səbəblərdən Ermənistanla heç bir əlaqə qurulmadığını xatırladan M.Avazova bu ölkənin beynəlxalq sənədlərə qoşulmaq marağının olmadığı deyib:

"Ermənistan "Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsinə və istifadəsinə dair" 1992-ci il Helsinki Konvensiyasına qoşulmaqdan boyun qaçırır. Məhz bu Konvensiyada transsərhəd çaylar üzərində hər hansı su anbarının tikintisi və başqa layihələr icra olunduğu zaman qonşu ölkələrin razılığı tələb olunur. Eyni zamanda çayların suyunun mühafizəsi də yer alıb. Ermənistan bilir ki, o sənədə qoşulsa müəyyən öhdəliklərə əməll etməlidir. Ona görə də boyun qaçırır".

Onu da deyək ki, artıq Gürcüstan hökumətu Helsinki Konvensiyasına qoşulmaq istiqamətində iş aparır.

Tarix
2014.09.08 / 23:00
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla